142
M
uzeylərdə gəzəndə ürəyinizdə orda gördüyünüz han-
sısa eksponatın sahibi olmaq arzusu baş qaldırıb?
Yəqin ki, bu çoxunuza tanış hissdir: bu xalçanı yataq ota-
ğımın divarına vurardım, bu kuzə kamodumun üstündə əla
görünərdi, bu sulu qəlyan masamın üstündə babamın tənbəki
qutusu ilə yaxşı harmoniya yaradardı. Sərkərdələri qoruyan
bu qədim dəbilqə isə otağıma şahanə bir görkəm verərdi.
Əlbəttə, muzeylərdəki eksponatlara toxunmaq, onları satın
almaq olmaz, amma çıxış yolu var. Muzeylərin əksəriyyəti
öz ziyarətçilərinə eksponatların dəqiq surətini əldə etmək
imkanı yaradırlar. Muzey kolleksiyasında olan ekspo-
natların dəqiq və ya kiçildilmiş maketləri satışa çıxarılır.
Həmsöhbətimiz zərgər dəqiqiliyi tələb edən bu işin icraçıla-
rından biri –Aleksandr Anatolyeviç Proxorovdur. Rusiyanın
“Art-Studiya” İstehsalat şirkətinin rəhbəri, bu yaxınlarda
Bakıya səfər etmiş Aleksandr Anatolyeviç Proxorov “Sehr-
li ilmələr” qalereyasına baş çəkərkən bizə gördüyü işlərdən
danışdı və Azərbaycan xalçaları ilə bağlı təəssüratlarını bö-
lüşdü:
- Şirkətimiz 1995-ci ildə fəaliyyətə başlayıb. İlk dövrlər tarixi-bədii
əsərlərin eksklyuziv surətlərini çıxaran kiçik bir emalatxana kimi işə
başlamışdıq. Bir il sonar isə artıq Moskva Kremlinin və Rusiyanın
diyarşünaslıq muzeyləri ilə sıx əməkdaşlıq edirdik. Uzun illərin
təcrübəsi öz sözünü dedi - “Moskva Kremlinin Silah palatası”
bizə həm rus, həm də əcnəbi ustaların əl işlərinin surətlərinin
hazırlanmasını etibar etdi.
- Sizin şirkət həm də Rusiya Federasiyası Prezidentinin
Hədiyyə Fondunun rəsmi təchizatçısıdır. Belə çıxır ki, siz
təkcə muzeylərdəki eksponatların
surətini çıxarmaqla məşğul olmursu-
nuz...
- Elədir. Bizim şirkət muzey eks-
ponatlarının, arxeoloji tapıntıla-
rın surətlərini çıxarmaqla yanaşı,
heykəllər, işıq texnikası, korporativ,
eksklyüziv hədiyyələr, ordenlər,
nişanlar, medallar da istehsal edir.
Əl işi olan, yüksək emalı ilə fərqlənən
məhsullarımız əsasən klassik üs-
lubda hazırlanır. Amma müasir əşyalar
da istehsal edirik. Bunlar qeyri-adi
çıraqlar, şamdanlar, saatlar,
imic-suvenirlər, diplomat
hədiyyələridir.
1...,134,135,136,137,138,139,140,141,142,143 145,146,147,148,149,150,151,152,153,154,...204