137
ğa çalışıram. İstəyirəm ki, həm yerli
əhali, həm də xarici qonaqlar bu düka-
na gələndə keçmişimizin, tariximizin,
mədəniyyətimizin ruhunu duysunlar,
ondan qidalansınlar. Əcdadlarımızın
izi ilə gedib, bu irsi yaşatsınlar.
- Hazırda hansısa bir əsər üzərində
işləyirsiniz?
- Mən özüm də kiçik ölçülü suvenir
xalçalar toxuyuram. Xalça toxumadan
dayana bilmirəm. Hər gün, ən azı, bir-
iki çin xalça toxuyuram, ya da naxışlar,
çeşnilər çəkirəm. Böyük ölçülü işlər isə
xüsusi yanaşma tələb edir. Rəssamlar
qisməndə olsa,Azərbaycan tarixini xal-
ça üzərinə köçürür və yeni tarix yara-
dırlar. Ona görə də bu işə məsuliyyətlə
yanaşıram. Xalçada mən Azərbaycanın
adət-ənənəsini, musiqisini, tarixini,
rəssamlıq sənətini cəmləşdirirəm. Bir
işə başlamazdan əvvəl yaşlı, təcrübəli
sənətkarlarla məsləhətləşirəm. Çünki
son nəticədə xalça milyonlarla insanın,
əcnəbilərin ixtiyarına verilir. Qobus-
tan təsvirlərinə, muğama həsr olun-
muş xalça eskizi hazırlamaq istəyirəm.
Qobustan təsvirlərini batik texnikası
ilə çox işləmişəm. Azərbaycanın tari-
xini fraqmentlərlə də olsa, xaricilərə
göstərmək istəmişəm. Qobustanda
1...,129,130,131,132,133,134,135,136,137,138 140,141,142,143,144,145,146,147,148,149,...204