136
Tikmələrimdə həm muncuq, həm də adi
saplardan istifadə edirəm. Tikmə ilə quşların,
təbiətin gözəl təsviri alınır. Tikmələrimdə
fon olaraq, daha çox, qara parçadan istifadə
edirəm. Amma işə baxan adam qara fonu
yox, onun üzərindəki gözəlliyi duyur. Uşaq-
lıqdan nağılları çox sevdiyim üçün san-
dıqçalar, mücrülər düzəldirəm. Əvvəllər
gəlinciklər də hazırlayırdım. Bir gəlinciyim
hazırda Amerikada şəxsi kolleksiyada sax-
lanılır. Bir dəfə gəlincik düzəldirdim, elə
bil, məftil ətəyimdən tutub saxlayırdı, sanki
deyirdi ki, “birdən məni düzəldib başqaları-
na verərsən, a.” Ondan sonra daha gəlincik
düzəldə bilmədim. Sifarişlər çox olsa da,
düzəltmirəm.
Bütün işlərimdə milli adətlərə,
koloritə sadiq qalıram. Mən
dünyada sənətkarın özündən
çox, onun işlərinin tanınmasının
tərəfdarıyam. Deyirlər sənətkar o
vaxt ölür ki, sənəti ondan qabaq
ölür. Sənətkar nə qədər desə ki
mən bu əsəri belə görürəm, yenə
də əsər özü özünü müəyyən edir.
Həm də əsər, ona seçilən rənglər
müəllifin əhvalından asılıdır.
Əgər sənətkarın əhvalı yaxşıdır-
sa, onda şux rənglərdən istifadə
edir. Əks halda tünd rənglərdən.
Amma bir şeyi də nəzərə almaq
lazımdır ki, həmin əsər kiminsə
evindən asılacaq və onun da
əhvali-ruhiyyəsinə təsir edəcək.
- Əl işlərinizi xarici ölkələrdə
sərgiləyə bilirsinizmi?
-Özümheçvaxt xaricəgetməsəm
də, əsərlərimin bir qismi xarici
ölkələrdə şəxsi kolleksiyalarda
saxlanılır. Əsərlərim beynəlxalq
sərgilərdə iştirak edir. Hətta
xaricə köçmək təklifləri də alıram.
Amma vətənimi qoyub heç yana
getmərəm. Ağac öz kökü üstündə
gözəl görünür. Onu kökündən çı-
xarıb aparanda, artıq sehrini itirir.
- Əcnəbiləri daha çox hansı
işləriniz cəlb edir?
-
Əsasən
ipək
üzərində
işlədiyim Qobustan rəsmləri ilə
maraqlanırlar. Onlar qədimiliyi
çox
dəyərləndirirlər.
Belə
işlər ölkənin tarixini göstərir.
Əcnəbilər də hara gəldiklərini anlayırlar.
Xalçalara da böyük maraq göstərirlər. Na-
xışlar, rənglər onları cəlb edir. Bir dəfə ya-
nıma İtaliyanın Rəssamlıq Akademiyasının
rektoru gəlmişdi. Stolumun üstündə don-
qarları naxışla bəzədilmiş balaca dəvə fiqu-
ru gördü. Həmin fiqur rektorun diqqətini
cəlb etdi və dəvəni ona satmağımı xahiş
etdi. Mən dəvəni satmadım. O, dükandan
çıxıb bir də dəvənin arxasınca qayıtdı. Heç
özü də anlamırdı ki, həmin dəvə fiquruna
niyə bu qədər bağlanıb. Mən o dəvəni ona
hədiyyə verdim. Görünür, bizim əsrlərdən
süzülən mədəniyyətimiz onu cəlb edib. Mən
öz dükanımda da bu qədim ruhu saxlama-
1...,128,129,130,131,132,133,134,135,136,137 139,140,141,142,143,144,145,146,147,148,...204