144
- Ekspedisiyalar zamanı
tapılan gümüşdən və qı-
zıldan olan çox qiymətli
eksponatlar muzeylərə
verilirdi. Sonradan onları
Moskvada, Sankt-Peterburqda,
Avropa ölkələrində nümayiş
etdirmək üçün surətləri çıxarılırdı.
Mənim bu işə o zaman marağım ya-
randı. Əvvəlcə kiçik emalatxanada işə
başladıq, ekspedisiyada tapdıqlarımızın
surətini çıxarırdıq. Tədricən inkişaf etdik
və elə bir səviyyəyə çatdıq ki, nüfuzlu muzeylər bizə etibar edib
sifarişlər verməyə başladılar.
- 1996-cı ildə siz təkbaşına Qaraqum səhrasını 23 günə keçmisiniz.
Bununla da dünya rekordu vurmusunuz…
- Cavan idim, bəlkə də çılğınlıq etdim. Bizim ekspediyanın yerləşdiyi
yerə getmək üçün Qaraqumdan keçməliydim. Səhranı keçməklə ya-
naşı həm də o dövrdə sovet arxeloqlarının aşkar etmədiyi məntəqləri
tapmalıydım. Onları tapıb xəritəyə əlavə etdim, həm də özümü eks-
pedisiyaya çatdırdım.
- Ekspedisiyalar zamanı ən maraqlı tapıntı hansı olub?
- Tarixi baxımdan ən maraqlı tapıntı qiymətli metaldan yox,
saxsıdan olub. Türkmənistanda idi. Oradan Zərdüştlüyə aid
saxsı qab tapdıq. Qabın yuxarı hissəsində heyvan - ma-
ral, qoyun, dəvə fiqurları var idi. Bu qabda zərdüştlər
ayinlər vaxtı müqəddəs içki hazırlayırdılar.
- Orta Asiya, Şərqlə maraqlanırsız. Bu baxımdan
Azərbaycan sizə nə dərəcədə cəlbedicidir?
- Azərbaycanı gəzməyə, görməyə imkanım olmayıb, yalnız
Bakıda olmuşam. Amma artıq burada gördüklərim Azərbaycanın
zəngin tarixiə və mədəniyyətə malik olduğunu deməyə əsas verir.
Muzeylərdəki eksponatlar, xalçalarınızın üzərindəki simvollar, işarələr ma-
raq doğurur. Bura gələndə öyrəndim ki, Azərbaycan xalçaları doqquz qrupa bölünür və
hər bölgə toxunuş texnologiyasına, naxışlarına, rəng həllinə görə bir-birindən fərqlənir.
Zəngin bir mədəniyyətə maliksiz. Burada qədim xalçalar gördüm. Sizin xalça-
lar rəngarəngdir, zərif toxunuşludur və maraqlı naxışları var. Əsl
sənət əsərləridir. Xalçalarınızdakı naxışları metal üzərinə
köçürmək fikrim var.
- Onları metala köçürmək çətin ol-
maz ki?
- Uyğun gələnləri seçəcəyik. Bu naxışları
büllur qablarda – güldanda, qəndqabıda
istifadə etmək olar. Biz bu yaxınlarda Ba-
kının simvolu olan Qız qalasının maketini
hazırlamışdıq. Eynilə qalanın formasında,
sadəcə kiçik formada. Otağıma gələn hər
kəs o suveniri görən kimi tanıdı. Məncə,
bizim bu sahədə əməkdaşlığımız ugurlu
nəticələr verəcək.
1...,136,137,138,139,140,141,142,143,144,145 147,148,149,150,151,152,153,154,155,156,...204