23
Norveçin “Eurovision-2012” mahnı müsabiqəsindəki
təmsilçisi Touraj Keshtkar “Baku Crystal Hall”un səhnəsinə
12-ci çıxdı. O, ölkəsini “Stay” mahnısı ilə təmsil etdi. İran-
da doğulan müğənninin ailəsi sonradan Norveçə köçüb. 16
yaşından model sənətinə gələn Touraj Keshtkar daha sonra
karyerasını televiziyada davam etdirib. Uşaq-
ların müdafiəsi üzrə təhsil alan norveçli təmsilçi
hazırda reabilitasiya şöbəsində uşaq müdafiəsi üzrə
məsləhətçi işləyir. Touraj “Swan Song” adlı ilk mahnısı-
nı 2008-ci ildə təqdim edib.
“Baku Crystall Hall”un səhnəsinə Xalq Artisti Alim Qası-
movla birlikdə çıxan Azərbaycan təmsilçisi Səbinə Babaye-
va geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl
performans nümayiş etdirmişdir. O, «When the Music Dies»
kompozisiyasını ifa etdi. Mahnı sevgi fəlakəti və onunla bağ-
lı dərin, ağır təəssüratlar haqqında dramatik hekayədir. İncə,
eyni zamanda məzmunlu melodiya Səbinənin səsinə xas olan
geniş diapazonu, qüvvətli tembr xüsusiyyətlərini açır. «When the
Music Dies»Avropa musiqisinin son tendensiyaları vəAzərbaycanın
milli ənənələrinin unikal birləşməsidir. Mahnıda Azərbaycanın etnik
musiqi alətləri – kamança, balaban, dəf və qavalın, eləcə də unikal muğam
vokal ifasının elementləri istifadə olunub. Muğam partiyasını isə Alim Qası-
mov ifa edib. Asəf Zeynallı adına Musiqi Kollecini bitirən Səbinə Babayeva pop formatında
musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır.
50-dək caz standartı bilən ifaçı 2009-cu ildə Latviyada keçirilən “Am-
berstar” müsabiqəsində, Moskvadakı “Slavyan ulduzu” yarışmasında
“Qran-pri” mükafatına layiq görülüb. O, 2001-ci ildə gənc ifaçılar ara-
s ı n d a
“Qızıl açar” respublika müsabiqəsinin qalibi olub.
Estoniyanı “Eurovision-2012” mahnı müsabiqəsində Ott
Lepland təmsil etdi. Ölkəsini “Eurovision-2012”də “Kuula”
(“Listen”) mahnısı ilə təmsil edən müğənni kiçik yaşların-
dan musiqi ilə məşğul olur. On il piano dərsi alan Ott Lep-
land hazırda Tallin Musiqi Məktəbində pop və caz ifaçılığı
ixtisası üzrə təhsilini davam etdirir. O, 2010-cu ildə
Estoniyanın “Pop İdol” yarışmasının qalibi olduq-
dan sonra “Ott Lepland” adlı albomunu buraxıb.
Sonuncu musiqi albomu isə 2011-ci ilin dekabrında
musiqisevərlərin ixtiyarına verilib.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...204