25
Rumıniyanı “Eurovision-2012” mahnı müsabi-
qəsində “Mandinga” qrupu təmsil edirdi. Qrup
Bakı səhnəsində ispan və ingilis dillərində,
Latın Amerikası ritmlərində yazılan “Zalei-
lah” mahnısını ifa etdi.
Danimarkanın “Eurovision-2012” mahnı müsabiqəsində
təmsilçisi Soluna Samay final səhnəsinə 15-ci çıxdı. Ölkəsini
“ShouldHave Known Better” mahnısı ilə təmsil edənmüğənni
karyerasına “Sing Out Loud” musiqi albomu ilə başlayıb.
6yaşındanifaçılıqlaməşğulolanDanimarkatəmsilçisi
küçələrdə atası ilə bərabər tamaşalar göstərərək pul qa-
zanıb. Atası Soluna Samaya zərb alətlərində, kontrabasda
və gitarada ifa etməyi öyrədib.
“Eurovision-2012” mahnı müsabiqəsinin finalında
“Baku Crystal Hall”da səhnəyə 16-cı çıxan Yunanıstan
təmsilçisi Eleftheria Eleftheriou oldu. Müsabiqədə
ölkəsini “Aphrodisiac” mahnısı ilə təmsil
edən müğənni səhnədə “Elle” adı ilə də ta-
nınır. O, Yunanıstanın “The X-Factor” tele-
viziya müsabiqəsindən məşhurlaşıb.
“Baku Crystal Hall”un səhnəsinə çıxan növbəti final-
çı İsveçin təmsilçisi Lorin oldu. “Euphoria” mahnısı-
nı ifa edən müğənni əslən Mərakeşdəndir, əsl adı Lo-
rine Zineb Noka Talhaouidir. O, İsveçin “İdol—2004”
müsabiqəsindən sonra populyarlıq qazanıb. İlk mahnısını
2005-ci ildə təqdim edən xanım ifaçı bir müddət te-
leviziyada aparıcı olub. “Melodifestivalen” yarış-
masında iştirak edən Lorin rekord göstərici ilə qalib
olub. Onun həmin müsabiqədə oxuduğu “Euphoria”
mahnısına 4 milyon 670 min tamaşaçı səs vermişdi.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...204