32
B
akı tarixən dünya ticarət yollarının üstündə yerləşib. Bu yol ilə tacirlər
və səyyahlar Qara dəniz sahilindəki ölkələrə, İrana, Çinə, Hindista-
na və s. yerlərə hərəkət ediblər. Bakıda memarlıq sənəti, “güləbətin”
üslublu zərif tikmələr, nəfis milli geyimlər, əlvan tirmə şallar, soyuq silahlar,
“şəbəkə”, “mina”, “qarasavad” üslublu zərgərlik nümunələri ilə yanaşı göz ox-
şayan xalçalar da toxunurdu. Bakı xalça məktəbi öz ənənələri, incə bədii üslub-
lu naxışları, həzin rəng ahəngdarlığı ilə fərqlənirdi.
Xalça istehsalı ilə Bakıda əsasənNovxanı, Nardaran, Xilə (Əmircan), Bülbülə,
Suraxanı, Goradil, Fatmayı, Qala kəndlərində, habelə Abşeronun hüdudla-
rından kənarda – Xızı bölgəsinin Xızı, Gədi, Giləzi və Fındığan kəndlərində
məşğul olurdular.
Xalçaçılıq, daha çox, bol suyun və qoyunçuluğun geniş yayıldığı ərazilərdə
inkişaf etmişdi. Şamaxıda, Qubada, Şəkidə olduğu kimi, Abşeronda da əsasən
“qala” qoyun cinsi üstünlük təşkil edirdi. Bakı xalçalarında, eyni zamanda,
quzu yunundan da istifadə edilirdi. Yumşaq, parlaq quzu yunundan toxunan
xalçalar irili-xırdalı nəfis elementləri, bədii tərtibatından asılı olmayaraq,
zərifliyi və incəliyi ilə seçilirdi. Bu xalçaların güclü bədii təsir qüvvəsinə malik
olması səbəblərindən biri də mükəmməl texniki göstəriciləri, xüsusilə yüksək
ilmə sıxlığı nəticəsində yaranan naxışların dəqiq təsviri ilə bağlıdır. Burada
ilmə sıxlığı 38x38 sm-dən başlayaraq 40x40, 42x42, 38x45, 45x45 sm arala-
rında olan kiçik ölçülü “Novxanı”, “Suraxanı” və “Fatmayı” xalçaları, eyni
zamanda, 130x350 sm, 120x300 sm ölçülü nisbətən iri “Goradil”, “Fatmayı”,
“Xilə-buta”, “Xilə-Əfşan” kompozisiyalı xalçalar da istehsal edilirdi.
Açar sözlər:
Bakı xalça məktəbi, Bakı xalçaları, “Goradil”, “Fatmayi”,”Xilə-
buta”, “Xilə-Əfşan”, ilmə sıxlığı, gilabı, sokral və ezoterik işarələr sistemi,
zoomorf təsvirlər, nəbati elementlər, “kufi”, palaz, kilim, zili, cecim, ara sahə.
V.A.Muradov
professor
E-mail:
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...204