20
57-ci “Eurovision” mahnı müsabiqəsinin final şousu mayın 26-da Bakıda “Baku Crystal
Hall”da keçirildi. Final şousu Azərbaycan paytaxtından birbaşa 57-ci “Eurovision” mahnı
müsabiqəsinin 42 iştirakçı dövləti də daxil olmaqla Avropanın 50-dən çox ölkəsində canlı
yayımlandı.
Müsabiqənin final şousunuAzərbaycanın dünya şöhrətli muğamustasıAlimQasımov
açdı. Görkəmli xanəndənin ifası coşqu ilə qarşılandı. Daha sonra səhnəyə rəqqaslar
və “Natiq” ritmqrupu çıxdı. Ənənəyə uyğun olaraq, ötənilki müsabiqənin qalibi
Ell & Nikki dueti keçən il Almaniyanın Düsseldorf şəhərində Azərbaycana
qələbə qazandırmış “Running Scared” mahnısı ilə tamaşaçıları salam-
ladılar. “Eurovision-2012” mahnı müsabiqəsinin aparıcıları Ley-
la, Nərgiz və Eldarın çıxışından sonra finala vəsiqə qazanmış
26 ölkənin təmsilçiləri ardıcıl olaraq öz mahnılarını ifa
etməyə başladılar.
Birinci çıxış edən ifaçı britaniyalı müğənni Engelbert
Hamperdink oldu. O, müsabiqədə ölkəsini “Love Will Set
You Free” mahnısı ilə təmsil edirdi. Əsl adı Arnold Corc
Dorsi olan Böyük Britaniya təmsilçisinin səs yazıları 45 il-
lik uğurlu musiqi karyerası müddətində 150 milyon nüsxə
ilə satılıb. 4 “Qremmy” mükafatına, 63 qızıl və 24 platin mu-
siqi albomuna sahib olan 76 yaşlı Engelbert Hamper-
dink dünya şou biznesinin varlıları siyahısında beşinci
yerdədir. Son bir ildə müğənni bütünAvropada, həmçinin
Rusiya, Rumıniya, Niderland, Belçika və İsraildə konsert
proqramı ilə çıxış edib.
“Baku Crystal Hall”un səhnəsinə ikinci çıxan Macarıstanın
“Eurovision-2012”mahnı müsabiqəsindəki təmsilçisi “Compact
Disco” qrupu “Sound of Our Hearts” mahnısını ifa etdi. “Com-
pact Disco” rok qrupu 2008-ci ildə yaradılıb. Qrup Behnam Lot-
fi, Gabor Pal, Attila Sandor və Csaba Ualkodan ibarətdir. Qısa
vaxt ərzində qrup üzvləri iki musiqi albomu çıxa-
rıblar. “I’m in Love” adlı mahnı ilə onlar “Best
Hungarian Artist” nominasiyasında MTV “Euro-
pean Music Award” mükafatına layiq görülüblər.
Bakı şousunda təqdim olunan mahnının müəllifi də
qrup üzvləridir.
1...,12,13,14,15,16,17,18,19,20,21 23,24,25,26,27,28,29,30,31,32,...204