28
“Eurovision-2012” mahnı müsabiqəsinin finalında səh-
nəyə iyirmi ikinci çıxan Makedoniya təmsilçisi Kalio-
pi Bukle oldu. Xanım müğənni müsabiqədə ölkəsini
müəllifi olduğu “Black and White” mahnısı ilə təmsil
etdi. Balkanlarda məşhur müğənnilərdən biri olan Ka-
liopi Bukle vətənində 100-dən çox konsert verib, bir sıra
teatr tamaşalarında və filmlərdə rol alıb. Doqquz yaşında
musiqi sahəsində ilk qələbəsini əldə edən makedoniyalı təmsilçi
1996-cı ildə “Skopye” festivalında birinci yerə layiq görülüb. Ka-
liopi Buklenin indiyədək işıq üzü görmüş doqquz musiqi albomu-
nun hər biri “AlbumOf The Year” (İlinAlbomu) nominasiyasında qalib
olub. Makedoniyalı təmsilçi ölkəsində məşhur pop ifaçısı, bəstəkar, şair
kimi tanınmaqla yanaşı, humanitar tədbirlərdə də fəal iştirak edir. Kaliopi
Makedoniya iqtisadiyyatının dünyadakı fəxri səfiri, BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının fəxri səfiri adına layiq görülüb.
“Baku Crystal Hall”un səhnəsinə çıxan növbəti ifaçı Serbi-
ya təmsilçisi Zeljko Yoksimoviç olub. Zeljko Yoksimoviç
ölkəsini Bakı şousunda özünün bəstələdiyi
“Nije Ljubav Stvar” mahnısı ilə təmsil edirdi.
Müğənni “Eurovision-2004”də o vaxtkı Serbi-
ya və Monteneqro Respublikasını təmsil edərək
ikinci yerə layiq görülmüşdü.
İrlandiyanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən
“Jedward” qrupu “Baku Crystal Hall”un səhnəsində “Waterline”
mahnısı ilə çıxış etdilər. Qrup Con və Edvard Qrayms qardaşların-
dan ibarətdir. Ölkələrini 57-ci “Eurovision” mahnı müsabiqəsində
təmsil edən əkiz qardaşlardan ibarət bu duet ilk dəfə
“Jedward” adı ilə 2009-cu ildə Böyük Britaniyanın “The
X Factor” musiqi yarışmasında altıncı yeri tutub, 2011-ci
ildə İrlandiyanı “Eurovision” mahnı müsabiqəsində təmsil
edərək səkkizinci olublar. Qardaşların indiyədək iki musiqi
albomu işıq üzü görüb.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...204