29
“Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsində
“Baku Crystal Hall”un səhnəsində çıxış edən sonuncu yarış-
ma iştirakçısı Moldova təmsilçisi Paşa Parfeni oldu. Moldova
təmsilçisi Bakı səhnəsində “Lautar” mahnısını ifa etdi. Paşa Par-
feni “Slavyan bazarı” və “Mamaia-2009” mahnı müsabiqələrinin
qalibi olub. Müğənninin yaşının az olmasına baxma-
yaraq, böyükmusiqi təcrübəsi var. O, müxtəlif festival-
larda iştirak edib və demək olar ki, daim qalib olub. Mu-
siqi karyerasına 7 yaşında olarkən pianino dərsləri almaqla
başlayan müğənni 2002-ci ildə Tiraspol Musiqi Kollecinə da-
xil olmuş və vokal sahəsində böyük təcrübə qazanıb.
Yazının hazırlanmasında
AzərTAC-ın materiallarından
istifadə olunub
“Eurovision-2012” mahnı müsabiqəsinin final şousunda çıxış edən hər bir iştirakçının ifası
işıq effektləri, maraqlı performanslarla müşayiət edilirdi.
“Baku Crystal Hall”da “Eurovision-2012” mahnı müsabiqəsində qalib adı uğrunda
mübarizə aparan 26 ölkənin təmsilçilərinin ifaları başa çatdıqdan sonra final şousunun işti-
rakçılarına səsvermə başladı.
Səsvermə üçün ayrılmış vaxtda səhnədə yarışmanın “Öz məşəlini alovlandır!” şüarı
Azərbaycan mədəniyyətinin keçmişi, bu günü və sabahının sintezi ilə canlandırıldı. Bu şou
tamaşaçılara tanınmış müğənni və bəstəkar Emin Ağalarovun təqdimatında çatdırıldı. Onu
səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı
müşayiət etdi. Emin Ağalarov 20 metr hündürlükdən səhnəyə endi və “Never Enough”
mahnısını ifa etdi. Performansın sonunda səhnədə Azərbaycanın bayrağı qaldırıldı.
Sonra isə səsvermənin nəticələri açıqlandı. “Baku Crystal Hall”da 57-ci “Eurovision”
mahnı müsabiqəsinin final mərhələsində qələbə uğrunda mübarizə aparan 26 ölkə arasın-
dan birinci yerə 372 səs toplayan İsveç təmsilçisi Lorin layiq görüldü. İkinci yerə Rusiyanın
“Buranovskiye babuşki” qrupu, üçüncü yerə isə Serbiya təmsilçisi Zeljko Yoksimoviç çıx-
dı. Azərbaycanı bu yarışmada təmsil edən Səbinə Babayeva dördüncü, Albaniya təmsilçisi
Rona Nişliu isə beşinci yerdə qərarlaşdılar.
Ukraynanı “Eurovision-2012” mahnı müsa-
biqəsində təmsil edən Qaytana Essa-
mi musiqi yarışmasının finalında
“Baku Crystal Hall”un səhnəsində
“Be my guest” mahnısı ilə çıxış etdi.
Beş yaşınadək Konqoda yaşayan Qay-
tana Essami müğənnilik karyerasına 1991-
ci ildə başlayıb.
1...,21,22,23,24,25,26,27,28,29,30 32,33,34,35,36,37,38,39,40,41,...204