105
xil olan “Suraxanı” xalçasını çox
toxumuşam. Quba xalçalarında
isə ardıcıl yerləşən medalyonlar
və kətəbələr boldur. Bu xalçaların
orta hissəsinin fonu əksər hallarda
tünd-göy, yaxud mavi rəngdə olur.
Bəzən rəssamın bizə verdiyi, bəzən
isə qədim xalça ceçniləri əsasında
toxuyuruq”.
Xalçaçı deyir ki, buta çox
istifadə olunan naxışdır. Bü-
tün Azərbaycan xalçalarında,
o cümlədən Qarabağ, Şirvan,
Gəncə və Bakı xalçalarında bu-
talara rast gəlmək olar:
“Butalar
müxtəlif cür olur. Xalçanın ümu-
mi kompozisiyasına uyğun olaraq
butanın növü, ölçüsü mühüm rol
oynayır. Başqa xalqların xalçala­
rında nə butaya, nə də həndəsi
elementlərə təsadüf edilmir”.
Həlimə xanım bizə xalçanın
toxunması prosesindən də da-
nışdı. Onun sözlərinə görə,
xalçanın toxunmasında bütün
mərhələlər həm önəmli, həm
də məsuliyyətlidir. Bu zaman
toxucudan maksimum diqqət
tələb olunur:
“Xalçanı toxuma-
ğa başlayanda ilmələrdən sünbül
toxunur. Bu zaman çox diqqətli
olmaq lazımdır. Çünki sünbü-
lü nə qədər diqqətlə və dəqiqliklə
toxusaq, xalçanın ardı da eyni
dəqiqliklə toxunacaq. Xalça to-
xuyan zaman orta ilməni tapmaq
çox vacibdir. Xalçanı yarı edəndə
həyəcan azalır. Amma sonuna ya-
xın həyəcan yenidən artır. Çünki
artıq xalçanı təhvil vermək anı-
dır. Mən şəxsən onda çox həyəcan
keçirirəm. Əslində həmin an insan
ikili duyğu yaşayır: bir tərəfdən
Azərbaycan butası
Ən çətin mərhələ
1...,97,98,99,100,101,102,103,104,105,106 108,109,110,111,112,113,114,115,116,117,...147