152
Qaşqay tayfaları, daha çox, xovsuz xalça və xalça məmulatları to-
xumaqla tanınırlar. Onların toxuduqları xovsuz xalçalardan biri də
kilimdir.
Qaşqay kilimləri həndəsi elementlərinin zənginliyi ilə fərqlənir. Bu
kilimlərdə xüsusi yer tutan “damğa” və simvollar təkrarlanması ilə
diqqəti cəlb edir. Bu kilimlərin ara sahəsində doldurucu ornamentlər
də geniş istifadə olunur. Bu naxışlar əhalinin dini və mistik görüşləri
ilə sıx bağlıdır. Qaşqay kilimlərinin haşiyələri isə yüksək tərtibatlı
nəbati naxışlarla bəzədilir.
Xalça sənətinin ilk inkişaf dövrünə aid olan və sadə dolama texni-
kası ilə toxunan kilimlərdə iki cür elementə – gəzməli və gəzməsiz
elementlərə təsadüf edilir. Kilimlər ikiüzlü toxunur.
Ənənəvi olaraq kilimlərdən alaçıqlarda, dəyələrdə və eləcə də toyxa-
nalarda istər daxili bəzək-döşəmə, istərsə də xarici örtük üçün istifadə
edilirdi.
Qaşqay kilimləri bədii cəhətdən Şirvan kilimlərinə bənzəyir, lakin
texniki xüsusiyyətlərinə görə fərqlənir. Onların fərqli xüsusiyyətləri
mürəkkəb toxunuşlu, çox incə və yumşaq olmasıdır.
Qaşqay kilimləri yüksək bədii sənət nümunəsi kimi dünya şöhrəti
qazanmışdır.
Bu kilimin bədii quruluşu ara sahə və haşiyədən ibarətdir. Qırmızı
yerlikli ara sahənin əsas bəzəyi şaquli istiqamətdə kilimlərə məxsus
olan dilik-dilik, rəngbərəng naxışlardan ibarət enli zolaqlar üç bərabər
hissədən, üfüqi istiqamətdə isə beş bərabər hissədən ibarətdir.
Bərabər məsafələrdə bölünmüş hissələrdə on beş kvadrat formalı
medalyon təsvir olunmuşdur. Kvadrat medalyonların altısı göy, üçü
ağ, ikisi zoğalı, ikisi şəkəri, biri qırmızı, biri isə yaşıl rənglə işlənmişdir.
1...,142,143,144,145,146,147,148,149,150,151 153,154,155,156,157,158,159,160,161,162,...362