145
Xalça “Cənnət bağçası“ kompozisiyası əsasında tərtib edilmişdir. Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən
ibarətdir.
Mürəkkəb naxış tərtibatına malik olan bu xalçanın ara sahəsinin əsas bəzəyi sol küncdə sərv ağacı, ağacın yanında qurd,
qurdun sağında güllü-çiçəkli ağac, ağacın yanında çay və çayda üzən iki balıq təsvirindən ibarətdir. Çayın kənarında balıq
tutan quş və budaqlarında quş təsvir edilmiş söyüd ağacı vardır.
Xalçanın ara sahəsinin mərkəzində, sol tərəfdə üz-üzə dayanmış erkək və dişi ceyran, dişi ceyranın sağında budaqları
güllü-çiçəkli ağac vardır. Xalçanın mərkəzinin sağ hissəsində şir təsvir edilmişdir.
Xalçanın nisbətən yuxarı hissəsində, təpənin üstündə gül-çiçəklə dolu qoşa ağac təsvirləri vardır. Ağacların budaqlarında
cəh-cəh vuran quş təsvirləri diqqəti cəlb edir.
Sol hissədəki ağacın altında bir-birinin arxasınca gəzən ceyran fiqurları vardır.
Xalçanın ana haşiyəsində şəkəri yerlikdə maral, ceyran, pələng, şir, qurd və cəh-cəh vuran bülbül və tutuquşular vardır.
Haşiyənin boşluqlarında sərv ağacları təkrar-təkrar təsvir edilərək, kompozisiyanı daha da zənginləşdirmişdir.
Ana haşiyəni hər iki tərəfdən mavi, yaşıl yerlikli bala haşiyələr əhatə edir. Bala haşiyələr “almagülü” adlanan nəbati
elementlərlə bəzədilmişdir.
Ana haşiyəni içərisində sürməyi-qırmızı, sürməyi-ağ rəngli çiçəklərlə və qırmızı rəngli kiçik ölçülü üçbucaqlarla bəzədilmiş
sürməyi yerlikli zəncirə əhatə edir. Zəncirəni isə qırmızı-ağ rəngli “su”lar tamamlayır.
Bala haşiyələr dalğavari xətlərlə bəzədilmiş mədaxillərlə əhatə olunub. Dalğavari xətlərin arasındakı boşluqlar kiçik ölçülü
yarpaqlarla doldurulub.
Xalçada Təbriz və onun ətrafında bitən ağac, gül-çiçək və heyvanat aləmi əks olunmuşdur.
Xalçanın aşağı hissəsi alp çəmənliyi, yuxarı hissəsi isə dayaz görünüşlüdür. Bu da xalçada fəsillərə görə mənzərənin
dəyişməsini göstərir.
Xalçada qırmızı, sürməyi, yaşıl, göy, mavi, qəhvəyi, çəhrayı, ağ, şəkəri, sarı və s. kimi ondan çox rəng çalarından istifadə
edilmişdir. Rənglər mürəkkəb şəkildə paylaşdırılmış, rəng zənginliyi xalçanın bədii keyfiyyətini yüksəltmişdir. Fonun apa-
rıcı rol oynayan şəkəri rəngində digər tünd rənglər özünün tam dolğun ifadəsi ilə nəzərə çarpır. Təbriz xalçaları üçün
səciyyəvi olan rənglər bu xalçada yüksək peşəkarlıqla tərtib edilmiş, rəng tarazlığı saxlanılmışdır.
Bununla da xalçanın rəng tərtibatında özünəməxsus kolorit prinsipinə əməl edilməklə rəng çalarlarının seçilməsində
sərbəst hərəkət edilmişdir ki, bu da Təbriz qrupuna aid olan xalçalar üçün xarakterik olan əsas xüsusiyyətlərdən biridir.
Xalça bədii, tarixi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Xalçanın xovu, arğacı və ərişi ipəkdir.
1...,135,136,137,138,139,140,141,142,143,144 146,147,148,149,150,151,152,153,154,155,...362