155
“Hacı Cəlili” adlandırılan çox mürəkkəb kompozisiya quruluşuna malik olan bu xalça ara
sahə və haşiyə hissəsindən ibarətdir. Xalça dünya şöhrətli Hacı Cəlilin emalatxanasında toxun-
muşdur.
Açıq-qəhvəyi yerlikli ara sahənin yuxarı sol hissəsində qaranlıq gecə, ay və ulduzlar təsvir
edilmişdir.
Bir qədər aşağı hissədə məhəccər içərisində növbənöv ağaclar, daha aşağıda isə axan çay
və çayın ətrafında gül-çiçək naxışlı təsvirlər verilmişdir. Çayın aşağı hissəsində çəmənlik və
çəmənlikdə dörd qadın fiquru vardır. Qadınların geyimlərinin ətrafında “bulud” təsvirləri ay-
dın nəzərə çarpır. “Bulud” motivləri qara rənglə
işlənmişdir.
Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif
növlərində, o cümlədən xalçalarda “bulud” mo­
tivləri müxtəlif formalarda təsvir edilmişdir. Bu
elementlər ilana və yaxud əjdahaya bənzər forma-
da işlənmişdir. Orta əsrlərdə bu bəzək elementi,
əsasən, suyun rəmzi kimi yozulurdu. XI əsrdən
başlayaraq “çin-uyğur” təsviri sənətində tətbiq
edilən “bulud” və digər buna bənzər elementlər,
xüsusilə miniatürlərdə və keramika məmulatların­
da işlədilən bəzək elementləri Azərbaycan xalq
sənətinə daxil olur. Bulud motivləri yerli şəraitlə və
dünyagörüşü ilə əlaqədar əhalinin həyatında dini
ayinlərlə əlaqələndirilir. Yaxın Şərq ölkələrində və
Azərbaycanda qədim dövrlərdən insanların həyatı
üçün çox vacib olan su sənət əsərlərində balıq,
ördək, “S”ə bənzər və yaxud dalğavari formada
təsvir edilib. Bu, bulud elementi ilə əlaqəli olmuş və
ona bir işarədir.
Xalçanın ara sahəsinin boşluqları qırmızı, sürmə­
yi, ağ, narıncı, sarı rənglərlə işlənmiş gül-çiçəklə
dolu ağac və digər nəbati elementlərlə doldurul-
muşdur.
Xalçanın ara sahəsinin yuxarı hissəsində Pərvinlə
Pərvizin sarayının təsviri verilib.
1...,145,146,147,148,149,150,151,152,153,154 156,157,158,159,160,161,162,163,164,165,...362