148
Köçmə həyat tərzi keçirən qaşqaylar üçün nikah yeni ailə həyatı qurmaqla bərabər, həm də müxtəlif nəsillərin bir-biri ilə
yaxınlaşması vasitəsi hesab olunurdu. Buna görə də nikah mərasiminə uyğun rəngarəng və müxtəlif çalarlı xalçalar, kilimlər
toxunurdu. Kilimlərin naxış kompozisiyasında bir-birinə əks həndəsi fiqurların sıralanaraq birləşməsi nəsillər arasında
bağlantını göstərirdi. Adətən, qohumla və ya eyni tayfadan olan insanla nikaha üstünlük verən qaşqaylar bu mərasimi
xüsusi hadisə hesab edirdilər. Dünyaya qız uşağı gəldikdə isə onun adına müxtəlif xalça məmulatları toxunardı. Qaşqay
ailələri çoxuşaqlı olduğuna görə bu, toxunan xalça məmulatlarının da sayına təsir edirdi. Rəngarəng geyimləri ilə seçilən
qaşqaylar toy və bayrammərasimlərini də müxtəlif ölçülü və şux rəngli xalçalarla bəzədilmiş meydanda keçirirdilər. Onların
el oyunları, rəqsləri və xalçaları ruh yüksəkliyi, enerji və bərabərlik üzərində qurulurdu. Bu ideyalar xalçaların kompozisiya
və rəng həllində də ifadə olunurdu.
Kilimin bədii quruluşu ara sahədən və haşiyə hissəsindən ibarətdir.
Kilimin ara sahəsi “damğa” elementləri ilə otuz beş hissəyə bölünmüşdür. Kilimin əsas kompozisiyasını təşkil edən
dördbucaqlılardan dördü şəkəri, dördü qəhvəyi, altısı sürməyi, altısı yaşıl, altısı mavi, doqquzu çəhrayı rənglidir.
“Damğa” elementləri ağ yerlikli, mərkəzində təsvir olunan xaçvari (“dörd ünsür”) elementlər isə qırmızı, mavi, sarı,
qəhvəyi, sürməyi, yaşıl rənglərlə tərtib edilmişdir.
1...,138,139,140,141,142,143,144,145,146,147 149,150,151,152,153,154,155,156,157,158,...362