161
Bu xurcun üzü “butalı” kompozisiyası əsasında toxunmuşdur. Qaşqayların həyat
tərzinə uyğun olaraq, xurcun olduqca vacib və məişətdə xüsusi yeri olan xalça
məmulatı hesab olunur. Bu mənada qaşqay toxucuları xurcuna xüsusi bəzək və
rəng verməklə, onu bədii cəhətdən zənginləşdirirdilər. Ümumi kompozisiyada yer
alan elementlər Azərbaycanın digər yerlərində toxunan xalça və xalça məmulatları
ilə uyğunluq təşkil edir.
Xurcun üzü “Butalı” kompozisiyası əsasında toxunmuşdur. Xurcun üzünün
bədii quruluşu ara sahədən və haşiyələrdən ibarətdir.
“Buta”lar cərgə ilə sol və sağ hissələrə istiqamətlənmiş formada təsvir edilmişdir.
Yuxarı və aşağı cərgədə iki, orta cərgədə isə üç buta təsviri vardır. “Buta”lar şəkəri,
zoğalı və göy rənglərlə işlənmiş, içərisi isə qəhvəyi, çəhrayı, mavi, göy rəngli nəbati
elementlərlə bəzədilmişdir. Şəbəkələrin kənarları “pilləli” və “qarmaqlı”dır. Qar-
maqlar birləşərək ağac forması almışdır.
Yuxarıdan birinci cərgədə şəbəkələrin içərisində “gülabdan-buta” adlanan kiçik
butalar təsvir edilib. Ara sahəni zoğalı, sürməyi və qəhvəyi rəngli “su” lar əhatə
edir.
Xurcun üzünün ana haşiyəsi qəhvəyi və göy rəngli “mollabaşı” elementləri ilə
işlənmişdir.
Xurcun üzünün rəng tərtibatında kontrast rənglərə üstünlük verilmişdir.
Sənətkar sürməyi və zoğalı rəngləri şəkəri rənglə tənzimləyərək, göz oxşayan rəng
düzümü yaratmışdır.
Xurcunun üzünün yuxarı və aşağı hissələrində şəkəri rəngli saçaqlar vardır. Bu
məmulatın xovu, əriş və arğacı yundur.
Saxlanma vəziyyəti tamdır. Xurcun üzü tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,151,152,153,154,155,156,157,158,159,160 162,163,164,165,166,167,168,169,170,171,...362