153
Kvadratların içərisində kiçik ölçülü səkkizbucaqlı me-
dalyon, mərkəzində isə uc hissələri haçalı “X”-ə bənzər
elementlər təsvir edilmişdir.
Ara sahədə yerləşən kvadrat-medalyonları və onla-
rın mərkəzində yerləşən kiçik ölçülü altıbucaqlı medal-
yonların hər birini sağ və soldan kilimlərə məxsus olan
“dilik”lər əhatə edir.
Xovsuz xalçalarda, o cümlədən kilimlərdə ara sahə
elementləri haşiyə hissəsində də işlənir.
Kilimdə də ara sahədə işlənən kənarları pilləli və dilik-
li elementlər, eyni zamanda, xalçanın haşiyə hissəsinin
bəzəyini təşkil edir.
Ara sahəni şəkəri rəngli “dilikli” elementlərdən iba­
rət zolaq, zolağı isə qara, ağ, göy, yaşıl rəngli eyni ele­
mentlərdən ibarət haşiyə bəzəkləri əhatə edir.
Bəzən toxucular bir dəzgahda müxtəlif texnikaları qa-
rışdırıb toxuyurlar (palaz-kilim, zili-palaz və s).. Bu ki-
limin aşağı və yuxarı hissəsini ağ, göy, sürməyi, zoğalı,
yaşıl, mavi, şəkəri rəngli palaz zolaqları əhatə edir. Palaz-
lar üçün səciyyəvi olan naxış tərtibatında zolaqlar həm
sadə, həm də naxışlı zolaqlardan ibarət olur. Eyni rəngli
zolaqlar bir-birindən müxtəlif rəngli “su”larla ayrılır.
Qaşqay kilimlərinin rəngləri xüsusilə maraq doğurur.
Bu kilimlər həm rənglərinin dəyişkənliyi, həm də zəngin
rəng çalarları ilə göz oxşayır.
Zəngin kompozisiya quruluşuna malik olan bu kili-
min parlaq rəng tərtibatı vardır. Kilimdə qırmızı, zoğa-
lı, şəkəri, ağ, qara, sürməyi, göy, mavi, yaşıl rənglərdən
istifadə edilmişdir. Qırmızı, göy və şəkəri rənglərdən
digər rənglərə nisbətən daha çox istifadə edilmişdir ki,
bu da xalçaya şux görünüş gətirmişdir.
Fonun aparıcı rol oynayan rənginin enerjisi kompozisi-
yanın əsas elementlərinin daha da qabarıq görünməsinə
şərait yaratmışdır.
Qaşqay kilimləri üçün səciyyəvi olan rənglər bu xalça-
da yüksək peşəkarlıqla tərtib edilmiş, rəng tarazlığı sax-
lanılmışdır. Xalçada rəng prinsiplərinə əməl edilməklə,
rəng uzlaşmalarında sərbəstlik, rənglərin paylaşdırıl-
masında qanunauyğunluq müşahidə olunur. Adətən,
qaşqay xalçaları 1,2 x 2 m-dən 2,4 x 3m-dək ölçüdə olur.
Müxtəlif ölçülü qaşqay kilimlərinə rast gəlmək olar. Qaş-
qay kilimlərinin ilmələri, əsasən, sıx və nazik olur, ərişi
və arğacı yundan hazırlanır.
Kilimin əriş və arğacı yundur.
Kilim elmi, bədii, tarixi əhəmiyyət kəsb edir. Saxlanma
vəziyyəti əladır.
1...,143,144,145,146,147,148,149,150,151,152 154,155,156,157,158,159,160,161,162,163,...362