149
Kilimin haşiyə bəzəyi də çox rəngarəngdir. Ağ və sürməyi rəngli “mollabaşı” elementləri kilimi dörd tərəfdən əhatə edir.
“Mollabaşı” elementlərini isə çəhrayı, mavi, qəhvəyi rəngli “dilikli” adlandırılan klassik kilim elementləri əhatə edir.
Kilimin yuxarı və aşağı hissələrində çəhrayı, mavi, qəhvəyi rəngli “su”lar təsvir edilmişdir. Onların arasında isə şəkəri-
sürməyi və çəhrayı-mavi rəngli çəngələbənzər elementlərlə tərtib olunmuş zolaqlar yerləşdirilmişdir.
Kilimin ara sahəsinin müxtəlif, əlvan rəngləri birləşərək kompozisiyaya çox canlı, dinamik görünüş gətirmişdir. Digər
tərəfdən isə ara sahə elementlərinin rəngi haşiyədəki elementlərin rəngi ilə təkrarlanaraq çox baxımlı rəng ahəngdarlığını
aydın nəzərə çarpdırır.
Kilimin yuxarı və aşağı hissələrində şəkəri və qəhvəyi rəngli saçaqlar vardır. Saxlanma vəziyyəti əladır. Kilim tarixi, bədii,
elmi əhəmiyyətə malikdir. Ərişi və arğacı yundur.
1...,139,140,141,142,143,144,145,146,147,148 150,151,152,153,154,155,156,157,158,159,...362