143
Miniatürçu və portretçi rəssamlar, eyni zamanda, professional xalçaçılar XV-XVII əsrlərdə hökmdarlara həsr edil-
miş xalça kompozisiyalarının yaradılmasına xüsusi diqqət yetirirdilər. Onlar obrazların bədii ifadəsinin dolğunluğu-
na nail olmaqla yanaşı, Təbriz xalçalarına xas olan yüksək dekorativ quruluş, rəsmlərin zərifliyi və incə kolorit həllinə
də diqqət yetirirdilər.
Mürəkkəb kompozisiya quruluşuna malik olan bu xalça süjetli, tematik xalçalar qrupuna daxildir.
Toxucular arasında bu xalça “Əfşan” adlandırılır. “Əfşan” xalçalarının bir neçə növü vardır: “Əfşani-Abbasi”, “Əfşani-
Dəstəgül”, “Əfşani-Heyvandar”, “Əfşani-Şahipiç” (sarmaşıq). “Əfşani-Dəstəgül” xalçalarında Şah Abbasın bağçasında olan
güllər, gül dəstələri təsvir edilib. “Əfşani-Şahipiç” xalçalarında sarmaşıqlardan istifadə edilir.
Xalçanın bədii quruluşu zəngin ara sahə və haşiyə hissəsindən ibarətdir. Sürməyi yerlikli ara sahədə kənarları sarmaşıq
düzülüşü ilə işlənmiş “islimi”lərlə əhatə olunan açıq-çəhrayı yerlikli göl yerləşdirilmişdir. Gölün kənarlarındakı “islimi”lər
bir-birilə birləşdirilərək, kiçik ölçülü yarımdairəvi medalyon forması almışdır. Bu medalyonların içərisində açıq-yaşıl, mavi,
çəhrayı rənglərlə işlənmiş bitki motivləri yerləşdirilmişdir. “İslimi”lərin kənarları diliklidir.
“İslimi” dalğavari xətt üzərində bir tərəfi yuxarı qalxan, o biri tərəfi aşağı sallanan və gül, çiçək, yarpaq bənd olmuş
rəsm formasıdır. “İslimi” tipli bəzəklər, adətən, bəzədilən əşyaların kənarlarına haşiyə kimi vurulur. Bu xalçada gölün
kənarlarında işlənmiş “islimi” öz dinamik, daim hərəkətdə olan görünüşü ilə diqqəti cəlb edir. Medal-
yonun içərisində Səfəvilər sülaləsinin şahları təsvir edilmişdir. Medalyonun yuxarı hissəsindəki “tac”
xalçanın şahlara aid olduğuna işarədir.
Medalyonun içərisindəki şahlar:
Yuxarı cərgədə, ortada I Şah İsmayıl Xətai, solda II Şah İsmayıl, sağda Şah Süleyman, ikinci
cərgədə ortada I Şah Abbas, sağda II Şah Abbas, solda III Şah Abbas, aşağı cərgədə, solda I Şah
Təhmasib, sağda II Şah Təhmasib.
Medalyonun açıq-yaşıl yerlikli boşluqlarında üçüncü cərgədə kiçik ölçülü ağac təsvirləri var-
dır.Ağacların gövdəsi və budaqları qara, güllər tünd-çəhrayı, yarpaqlar isə cüzi nəzərəçarpan
açıq-qəhvəyi rənglə işlənmişdir.
Xalçanın ara sahəsinin boşluqlarında gül-çiçək, heyvan və quş təsvirləri vardır. Ara
sahənin yuxarı hissəsində, sağda tovuzquşu, solda isə digər quşların təsvirləri verilib.
Azərbaycan dekorativ-tətbiqi sənətində ən geniş yayılmış quş obrazlarından biri to-
vuzquşudur. Bu obraz əsrlər boyu Azərbaycan incəsənətinin müxtəlif növlərində –
metal məmulatlarında, saxsı qablarda, parçalarda, divar boyakarlığında və xalçalarda
dönə-dönə işlənmişdir.
Xalçanın ara sahəsinin aşağı hissəsində, sol küncdə maral, sağ küncdə isə qoç təsviri
verilib. Sənət abidələri içərisində, xüsusilə xalçalarda ən çox təsadüf edilən rəsm də
qoç təsviri olmuşdur.
Qoç türk xalqları arasında uzaq keçmişdən müqəddəs heyvanlardan biri sayılmış-
dır. Bugünədək kəndlərdə çəpər dirəklərinə, eyvan sütunlarına bərəkət və qüvvət
əlaməti olaraq maral, yaxud qoç başının bərkidilməsi, qoçun şərəfinə daşdan yonul-
muş heykəllər bunun canlı timsalıdır.
Ara sahənin boşluqlarında işlənmiş “anagüllər”, “kiçik güllər” və güllü-çiçəkli, yar-
paqlı ağac təsvirləri xalçaya çox canlı görünüş gətirir.
Xalçanın açıq-yaşıl yerlikli ana haşiyəsində güllü-çiçəkli ağac, quş və künclərdə
kəpənək təsvirləri verilib.Ana haşiyə hər iki tərəfdən içərisində nəbati naxışlar işlənmiş
zoğalı yerlikli bala haşiyələrlə əhatə olunub. Bala haşiyələrdəki “islimi”lər şəkəri, gül-
çiçəklər isə mavi rənglə işlənmişdir. Bala haşiyələr qara və şəkəri rəngli “su”larla ta-
mamlanır.
Xalça zəngin rəng tərtibatına malikdir. Çoxsaylı rənglərin peşəkarlıqla uzlaşmasından
göz­oxşayan rəng düzümü yaradılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti tamdır. Bədii, tarixi, elmi
əhə­miyyət kəsb edir.
1...,133,134,135,136,137,138,139,140,141,142 144,145,146,147,148,149,150,151,152,153,...362