163
Bu məfrəş üzü “Əfşar” kompozisiyası əsasında toxunmuşdur. Məfrəş üzünün bədii
quruluşu ara sahədən və haşiyələrdən ibarətdir.
Urmiya gölü ətrafında məskunlaşan əfşarlar, əsasən, qoyunçuluq və onun­la birba-
şa əlaqəli olan toxuculuqla məşğul olurdular. “Əfşar“ adlanan xalçalar gözoxşayan
rənglərinə və keyfiyyətli toxunuşuna görə şöhrət qazanmışdılar. Öz zərifliyi ilə seçilən
kilim, cecim, çuval, məfrəş, xurcun, heybə kimi xalça məmulatları da geniş yayılmışdı.
Əfşar elinin bin tutub, buta bağladığı yerlərdə bu cür nəfis xalça məmulatlarının izləri
qalmışdır. Həmçinin Azərbaycan Respublikasının Ağcabədi rayonunda toxunan xalça
və xalça məmulatlarında bu naxış-kompozisiya və rəng ahənginə rast gəlinir.
Sürməyi yerlikli ara sahə sumağı, mavi, yaşıl, şəkəri, qəhvəyi, sarı, ağ, boz rəngli
qızılgüllərlə, qönçələrlə və müxtəlif kiçik ölçülü dörd, altı, səkkizləçəkli güllərlə
bəzədilmişdir. Güllər budaqlarda yarpaqların əha­təsində təsvir edilmişdir.
Məfrəş üzünün sarı rəngli ana haşiyəsini çəhrayı, açıq-yaşıl, şəkəri, mavi rəngli
altıləçəkli gül, bu gülləri bir-biri ilə birləşdirən sürməyi rəngli dalğavari xətlər və
sürməyi, zoğalı, mavi rəngli kiçik ölçülü üçbucaqlar bəzəyir.
Ana haşiyəni və ara sahəni zoğalı, mavi rəngli “siçandişi” elementləri əhatə edir.
Şəkəri yerlikli qara rəngli “qarmaqlı” elementlərdən ibarət zolaq haşiyə­nin kompo-
zisiyasını tamamlayır.
Məfrəş üzü əlvan rəng tərtibatına malikdir. Bu da ona xoş görünüş və dinamiklik
gətirir. Naxışlar bir-birinə zidd olan isti və soyuq rənglərlə peşəkarlıqla və qanunauy-
ğunluqla işlənərək, baxımlı sənət əsəri yaradılmışdır.
Məfrəş üzünün yuxarı və aşağı hissələrində qəhvəyi rəngli saçaqlar vardır. Xovu, əriş
və arğacı yundur. Saxlanma vəziyyəti tamdır. Tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,153,154,155,156,157,158,159,160,161,162 164,165,166,167,168,169,170,171,172,173,...362