166
Məfrəş üzünün bədii quruluşu ara sahə və haşiyələrdən ibarətdir.
Köçəri mədəniyyətinin gözoxşayan nümunələrindən hesab olunan bu
məfrəş üzü də özünün ahəngdar görünüşü ilə diqqəti cəlb edir. Rənglərin
əlvanlığı həm çöldə, həm də dağətəyi ərazilərdə bitən müxtəlif bitkilərdən
alınan boyalarla bağlıdır. Məfrəş üzünün istər kompozisiya quruluşu,
istərsə də rəng həlli ona baxana bahar təravəti gətirir. Qaşqay qadınlarının
yunəyirmə və rəngləmə təcrübəsinin çox olması onların əl işlərinə dün-
ya şöhrəti gətirmişdir. Bu sənətə incəliyinə qədər yiyələnmələri onların
toxuduqları xalça və xalça məmulatlarına fərqli görünüş bəxş edir. Elə bu
məfrəş üzündə verilən naxışlar da bütün qaşqay xalçalarında olduğu kimi,
gözəçarpan incəliyi və harmoniyası ilə seçilir.
Şəkəri yerlikli ara sahə rombvari “Şəbəkə” formasında tərtib edilmişdir.
Bu kompozisiya həm Azərbaycan, həm də bütün Şərq incəsənətində mü­
hüm yer tutan “Bəndi-rumi” kompozisiyası əsasında tərtib edilmişdir.
1...,156,157,158,159,160,161,162,163,164,165 167,168,169,170,171,172,173,174,175,176,...362