170
Məfrəş üzünün bədii quruluşu ara sahədən və haşiyə
hissəsindən ibarətdir.
Qaşqayların qədim inanclarından irəli gələn simvollar
və işarələr bütün xalça məmulatlarında öz əksini tapır-
dı. Bu məfrəşin naxış həllində də onların həyata baxışı,
ətrafda baş verənlərin obrazlı ifadəsi öz əksini tapmış-
dır. Qaşqay kişiləri yaxşı at çapır, ox atır və fərqli pa-
paqları ilə tanınırlar. Qadınları isə bir-birindən əlvan,
rəngbərəng donları, arxalıqları və ləçəkləri ilə seçilirlər.
Bu geyimlərdəki gözoxşayan naxışlar, parlaq rənglər
qaşqayların təbiətdən ilhama gələrək, bir-birindən fərqli
nümunələr yaratdığına işarədir. Onlar köç zamanı yığ-
dıqları bitki və böcəklərdən əlvan boyalar hazırlayır, qo-
yun yununu və ipləri bu boyalarla boyayırlar. Ona görə
də toxuduqları xalçalar bütün dünyada məşhurdur.
Sürməyi yerlikli ara sahənin mərkəzində zoğa-
lı rəngli həndəsi göl yerləşdirilmişdir. Gölün forma-
sı səkkizguşəli ulduza bənzəyir. Gölün daxilində ağ
rəng­li “qarmaqlı” elementi vardır. Qarmaqlı elementin
zo­ğalı rəngli yerliyində sürməyi, mavi, zoğalı rəngli
səkkizləçəkli həndəsi gül, gülün ləçəklərində isə kiçik
ölçülü romblar işlənmişdir. Xalçalarda belə kiçik romb-
1...,160,161,162,163,164,165,166,167,168,169 171,172,173,174,175,176,177,178,179,180,...362