167
“Bəndi-rumi” kompozisiyası müxtəlif formalarda: rombvari, altıbucaqlı
və s. olur. Ən geniş yayılmış forması rombvaridir. Rombvari şəbəkələr
şəkəri yerlikdə qara rəngli xətlərlə təsvir edilmişdir. Rombların bir-bi-
ri ilə birləşdiyi mərkəzlərdə çəhrayı və mavi rəngli dördləçəkli güllər
işlənib. Güllərin xovu ara sahəyə nisbətən hündür olduğu üçün daha tez
nəzərə çarpır və qabarıq görünür. Ara sahənin yuxarı və aşağı, sağ və
sol hissələrində təsvir olunmuş “romb”lar yarımçıq formalıdır. Ara sahə
daxildən qara rəngli dilikli “cağ”larla əhatə olunub.
Qara yerlikli ana haşiyə ağ, mavi, sarı, narıncı, zoğalı, qəhvəyi,
çəhrayı rəngli gül ləçəkləri ilə bəzədilib. Ləçəklər bir-birinə incə xətlərlə
birləşdirilərək, zəncirvari forma almışdır.
Ana haşiyəni qara-zoğalı rəngli “mollabaşı”lar işlənmiş zolaqlar əhatə
edir. Haşiyələr arasında keçid yaratmaq üçün sürməyi, göy və çəhrayı
rəngli “su”lar işlənib.
Məfrəş üzünün çox zəngin rəng tərtibatı vardır. 10-dan çox rəng
çalarından istifadə edilmişdir. Rənglərin müxtəlifliyi çox olsa da, onlar
müəyyən olunmuş qanunauyğunluqla bir-biri ilə uzlaşdırılmışdır.
Məfrəş üzünün yuxarı və aşağı hissələrində şəkəri rəngli saçaqlar vardır.
Xovu, əriş və arğacı yundur. Saxlanma vəziyyəti tamdır. Məfrəş üzü tarixi,
bədii, elmi əhəmiyyət kəsb edir.
1...,157,158,159,160,161,162,163,164,165,166 168,169,170,171,172,173,174,175,176,177,...362