173
Köçərilər ilin üç-dörd ayını köç edirlər. Qalan ay-
ları isə yaylaq və qışlaqlarda keçirirlər. Ona görə
də onların alaçıq qurmaq və onu bir-birindən fərqli
toxuculuq məmulatları ilə bəzəmək adəti geniş ya-
yılıb. İstər alaçığın divarlarını, istərsə də döşəməni
xalça və palazla bəzəməyi sevən şahsevənlər məişət
əşyalarının rahat daşınması, eyni zamanda, yığcam
yığılması üçün müxtəlif məmulatlar toxuyurdular.
Onların bu məmulatları da coşqun həyat tərzlərini
əks etdirən al-əlvan çalarlarda olurdu. Köç döv­
ründə gördükləri bütün təbiət gözəlliklərini təbii
rənglərlə boyanmış iplər vasitəsilə xalça və xalça
məmulatlarına köçürürdülər. Qədim türk ənə­
nəsinə uyğun olaraq, onlar həm inanclarını, həm
də ətrafda gördüklərini simvolların dili ilə çat­
dırırdılar. Bu məfrəş üzü də öz rəngarəngliyi və
incə naxışları ilə seçilir. Bu toxunuş tərzi və naxış
elementləri Azərbaycan Respublikasının İmişli və
Beyləqan rayonlarının kəndlərində də toxunur.
Həm­çinin bu kompozisiyaya Bakı və Şirvan qrupla-
rına aid xovsuz xalçalarda da rast gəlinir.
Xovsuz məfrəş üzünün bədii quruluşu ara sa­
hədən və haşiyə zolaqlarından ibarətdir. Zəngin na-
xış tərtibatına malik olan bu məmulat “Şahsevən”
texnikası ilə toxunmuşdur.
Məfrəş üzünün ara sahəsi üfüqi istiqamətdə iş­
lənmiş müxtəlif elementlərlə zəngin naxışlı rap-
portlara ayrılmışdır. Ağ yerlikli ən enli üç rapport-
da sürməyi rəngli “sərmə” adlandırılan elementlər
təsvir edilmişdir. “Sərmə”yə köçmə həyat tərzi
keçirən əhalinin daimi işlətdiyi məfrəşlərdə təsa­düf
edilir. Bu elementlərin arasında kiçik ölçülü qəhvəyi
rəngli “dörd ünsür” və innabı, mavi, göy, açıq-ya-
şıl, tünd və açıq-qəhvəyi rəngli dördbucaqlılar və
“dörd ünsür”, açıq və tünd-qəhvəyi rəngli romblar
yerləşdirilib. Zolaqlardan ibarət dörd cərgəni ağ,
mavi, sürməyi, çəhrayı, innabı, yaşıl, açıq və tünd-
qəhvəyi rənglərlə işlənmiş Təbriz xalçalarına xas klassik elementlər bəzəyir. Bu elementlər səkkizbucaqlı həndəsi fiqurların
içərisində yerləşdirilmişdir.
Açıq-qəhvəyi, zoğalı, tünd-qəhvəyi və sürməyi rəngli “qarmaqlı” elementlərdən ibarət zolaq ara sahəni daha da
zənginləşdirir.
Məfrəş üzünün ara sahəsini təşkil edən ən ensiz zolaq göy, sürməyi, çəhrayı, qara, açıq-yaşıl, qəhvəyi, innabı rəngli
“su”lardır.
Ara sahəni sağ və soldan sürməyi, tünd-qəhvəyi, açıq-yaşıl, innabı rəngli dalğavari xətlər, yuxarı hissədə sürməyi, tünd-
qəhvəyi, açıq-yaşıl, innabı rəngli “qarmaqlı” elementlər, aşağı tərəfdən isə sürməyi, tünd-qəhvəyi, açıq-yaşıl, innabı rəngli
“burma” kimi tanınan “siçandişi”lər əhatə edir.
Ağ yerlikli ana haşiyədə sürməyi, açıq-yaşıl, innabı, zoğalı, açıq-qəhvəyi rəngli kiçik romblar zəncirvari formada düzül-
müşdür. Ana haşiyəni açıq-yaşıl və innabı rəngli “siçandişi” elementlərindən ibarət haşiyə zolağı əhatə edir.
Məfrəş üzünün bala haşiyələrinin hər birində üç müxtəlif element işlənmişdir.
Məmulatın rəng tərtibatı çoxəsrlik kolorit prinsipləri əsasında həll edilmiş və bütün rənglər bərabər səviyyədə paylaş-
dırılmışdır. Nəzəri daha çox cəlb edən, bir-birindən fərqlənən qabarıq rəng yoxdur. Ağ, sürməyi, göy, mavi, tünd və açıq-
qəhvəyi, tünd və açıq-yaşıl kimi rəng çalarları bir-biri ilə peşəkarlıqla uyğunlaşdırılaraq, xüsusi ahəng yaradılmışdır.
Məfrəş üzünün yuxarı və aşağı hissələrində açıq-qəhvəyi rəngli saçaqlar vardır. Əriş və arğacı yundur. Saxlanma vəziyyəti
tamdır. Məfrəş üzü tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,163,164,165,166,167,168,169,170,171,172 174,175,176,177,178,179,180,181,182,183,...362