171
lar evi, insanları bədnəzərdən qorumaq məqsədi ilə təsvir edilirdi. Yaşıl rəngli ensiz
zolaqmərkəzdəki gölü əhatə edir. Gölün sağ və sol hissəsində şaquli istiqamətdə şəkəri
və zoğalı rəngli stilizə edilmiş “yarpaq” motivləri təsvir edilib. “Yarpaq” motivləri
dörd-dörd birləşərək, ağacı xatırladan forma almışdır. Hər dörd yarpaq arasında zo-
ğalı, yaşıl, mavi rəngli “ox”lar və “xaçvari” elementlər yerləşdirilmişdir.
Əsas elementlərlə yanaşı, ara sahəni stilizə edilmiş nəbati naxışlar, müxtəlif ölçülü
həndəsi elementlər daha da zənginləşdirir. Ara sahənin yuxarı və aşağı hissələrində
yaşıl və sarı rəngli “buynuz” motivləri təsvir edilib.
Şəkəri yerlikli ana haşiyədə zoğalı, mavi, sarı, yaşıl rəngli “ördək” və qara, zoğalı,
mavi rəngli insan təsvirləri vardır. Həm insan, həm də ördək təsvirləri biraşırı “baş-
ayaq” düzülüşlə işlənmişdir.
Ara sahəni zoğalı və mavi rəngli “qarmaqlı” elementlərdən ibarət haşiyə zolağı əhatə
edir.
Zoğalı və mavi rənglərlə işlənmiş “siçandişi”lər ana haşiyəni dörd tərəfdən çərçivəyə
almışdır.
Haşiyə qurşağında zoğalı və qara rəngli “su”lardan istifadə olunmuşdur.
Xalçada Təbriz xalça məktəbinə xas olan sürməyi, zoğalı rənglərə üstünlük verilmiş-
dir. Zoğalı və sürməyi rənglər şəkəri və ağ rənglərin təsiri ilə yumşaldılmışdır.
Məfrəş üzünün yuxarı və aşağı hissələrində şəkəri rəngli saçaqlar vardır. Məmulatın
xovu, əriş və arğacı yundur. Saxlanma vəziyyəti tamdır. Tarixi, bədii, elmi əhəmiyyət
kəsb edir.
1...,161,162,163,164,165,166,167,168,169,170 172,173,174,175,176,177,178,179,180,181,...362