Gəncə bölgəsi Kiçik Qafqaz dağlarının şimal-şərqində yer­ləş­
mişdir. Bu bölgə Azərbaycanın tarixi inkişafında çox mü­hüm
rol oynamışdır. Müasir inzibati-ərazi bölgüsünə görə əsasən
Gəncə şəhərini, Samux, Şəmkir, Goranboy, Göygöl, Daş­kəsən
və Gədəbəy rayonlarını əhatə edən Gəncə bölgəsi və ya şərti
olaraq Gəncəbasar adlandırılan bölgə, Azərbaycan ta­rixinin
bütün əsas mərhələlərini özündə əks etdirir.Gəncə bölgəsi
qədim arxeoloji abidələr və yaşayış məskənləri ilə zəngindir.
Buradan daş, eneolit, tunc və ilk dəmir dövrlərinə aid nadir ta-
pıntılar əldə edilmişdir. Bu tapıntılar əsasında burada son tunc
və ilk dəmir dövrünə (e. ə. XIII-XII əsrlər) aid Gəncə-Qarabağ
mədəniyyətinin formalaşdığı müəyyən edilmişdir.
Göygöl.
Tunc qəmə. E. ə. XVI-XV əsrlər. Gəncə.
Qoç fiqurlu gil qab. E. ə. IV-III əsrlər. Gəncə.
Gil qab. E. ə. II minillik. Göygöl.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1,2,3,4 6,7,8,9,10,11,12,13,14,15,...100