8
8
Xaçın, Axıstabad, Dizaq, Həkəri və Vərəndə)
ibarət idi. Səfəvi hökmdarı Şah Abbas (1587-
1629) yeni müharibə zamanı Gəncəni də digər
Azərbaycan torpaqları ilə birlikdə geri qay-
tarmağa nail olmuşdur. 1606-cı ildə Gəncə os-
manlılardan azad edildikdən sonra Şah Ab­bas
burada cümə məscidi tikdirdi. Şah Abbasın
dövründə Gəncə tarixində ciddi bir dəyişiklik
baş vermişdir. Şah 1616-cı ildə Gəncədə olar­
kən onun mövcud şəkildə müdafiəsinin möh­
kəm olmadığını əsas götürərək şəhərin yerini
dəyişdirməyi əmr edir. Həmin dövrdə şəhərin
məhz indiki yerində əsası qoyulur. Şəhər qu-
ruculuğu işinə memar Bəhaəddin Məhəmməd
rəhbərlik etmişdir.
XVIII əsrin birinci yarısı da Gəncə və böl­
gənin tarixində siyasi hadisələrlə zəngin ol-
muşdur: Osmanlı dövləti ilə birgə, Rusiya da
Azərbaycanda mübarizəyə başlamışdır. 1723-
1736-cı illəri əhatə edən Osmanlı-Səfəvi mü­
haribəsinin gedişində osmanlılar Gəncəni tuta
bildi. 1727-ci ildə osmanlılar Gəncə-Qarabağ
əya­lətində müfəssəl dəftər tərtib etdilər. Bu
müfəssəl dəftər əsasında Gəncə-Qarabağ əyalə­
ti tarixinin ən mühüm məsələlərinə, o cüm­
lədən inzibati-ərazi bölgüsünə, əhalinin etnik
tərkibinə, iqtisadi vəziyyətinə və s.-yə tam ay-
dınlıq gətirməkmümkündür. Hesablamalar nə­
ticəsində məlum olmuşdur ki, Gəncə- Qarabağ
əyalətinin 11818 nəfəri müsəlman, 7577 nəfəri
isə qeyri-müsəlman olmuşdur. Səfəvilərin ha­
kimiyyətinin son dövrlərində yüksəlməyə
baş­layan Nadir xan Osmanlı və Rusiyaya keç-
miş torpaqları geri qaytarmağa nail oldu və
1736-cı ildə özünün “şah seçkisi”ni keçirməyi
qər­ara aldı. Bu hadisələr zamanı Gəncənin si-
yasi tarixində mənfi iz qoyan qərarlar qəbul
edildi. Nadir “şah seçkisi” prosesində onun
na­mizədliyini müdafiə etməkdən imtina edən
Gəncə bəylərbəyini cəzalandırmaq məqsədilə
ona tabe olan Qazax və Borçalı sultanlıqlarını
Kartliyə, Qarabağ məlikliklərini isə özünə tabe
etdi, hakim qacar nəslindən olan bir çox əhali
İran və Əfqanıstana köçürüldü. Şah dövlətin
inzibati-ərazi bölgüsündə də dəyişiklik həyata
keçirdi. Bəylərbəyilik sistemi, o cümlədən Gən­
cə-Qarabağ bəylərbəyiliyi ləğv olundu. Na­dir
şahın (1736-1747) idarə üsulu onun öldürülməsi
ilə nəticələndi, Əfşarlar dövləti par­çalandı.
Nadir şahın ölümü Gəncədən didərgin salın­
mış Ziyadogluların da geri qayıtmasına və bu-
rada dövlət qurmasına şərait yaratdı (Xəritə
5). Yeni meydana gələn Gəncə xanlığının ba-
nisi II Şahverdi xan Ziyadoğlu (1747-1760) idi.
O, 1747-ci ildə Gəncəyə gələrək hakimiyyətini
qurdu. Xan Gəncədəki qarnizonu darmadağın
etməkdə ona köməklik göstərən gürcü hökm-
darı II İrakliyə 10 min tümən qızıl pul verməyi
öhdəsinə götürmüşdü. Şahverdi xanın oğlu
Məhəmməd Həsən xan (1760-1780) bu pulu
ver­məkdən imtina etdi. Qardaşını öldürərək
ha­ki­miyyətə gələn Məhəmməd xan (1780-1785)
da bu siyasəti davam etdirirdi.
Azərbaycan (XV əsr)
Qaynaq: Azərbaycan
tarixi atlası. Bakı,
2007, s. 36
Gəncə xanlığına aid gümüş sikkə. 1776-cı il.
Xəritə 4
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...100