4
4
Sosial-iqtisadi və siyasi inkişaf nəticəsində bölgədə şəhər tipli ya-
şayış məskənləri yaranmağa başlamışdır. Tarixi faktlar Gəncənın era-
mızdan əvvəl V əsrdə meydana gəldiyini təsdiq edir (Xəritə 1). Gəncə
şəhərinin adına isə ilk dəfə 712/713- cü ildə kəsilmiş sikkə üzərində rast
gəlinmişdir. “Gəncə” sözünün etimologiyası haqqında müxtəlif fikirlər
mövcuddur. Bəzi mülahizələrə görə “Gəncə” sözü pəhləvi dilində “xə­
zinə,məhsul saxlanılan yer” mənasına uyğun gələn “kaznaka” sözü ilə
bağlıdır. Lakin son zamanlar şəhərin adı daha çox “gəncək” adlı türk
tayfasının adı ilə izah edilir.
Azərbaycanın şimal hissəsində Albaniya dövləti yarandıqda Gəncə
bölgəsi onun tərkibinə daxil olmuşdur. Bu bölgə Albaniyanın Sakase-
na vilayətində yerləşmişdir (Xəritə 2). İlk orta əsrlər zamanı bölgənin
tarixində xüsusi yeri olan tarixi Şəmkir şəhəri təşəkkül tapmışdır. Şəm­
kir şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı buradan zən­gin
dulus məmulatları və s. əldə edilmiş, sənətkarlıq məhəllələri aşkar
olun­­muşdur. Bölgədə Gəncə və Şəmkir kimi şəhərlərin olması onun iq­
tisadi-ticarət və siyasi baxımdan inkişafına müsbət təsir göstərmişdir.
Gəncədə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən ən qədim
qala divarları V-VI əsrlərə aid edilir. Görünür, qala divarları inşa edi­lə­
nədək şəhər xeyli inkişafa nail ola bilmşdir, məhz belə bir şərait şəhər
ətrafında möhkəm qala divarları çəkilməsi zərurətini yaratmışdır. Bu
da şəhər həyatının daha da tərəqqisinə imkan vermişdir. 712/713-cü
ilə aid sikkənin də Gəncədə zərb edilməsi bu fikri təsdıq edir. Lakin
Gəncə şəhərinin inkişafının əsas mərhələsi IX əsrə aiddir. Artıq IX-X
əsrlərin birinci yarısında Gəncə Arranın əsas şəhərlərindən biri idi.
Bir tərəfdən X əsrin 40-cı illərində bir tərəfdən rusların hücumları
nəticəsində Bərdə şəhərinin dağıdılması, digər tərəfdən isə şımaldan
keçən ticarət yolunun əhəmiyyətinin genişlənməsi Gəncə şəhərinin
Azərbaycan ərazisi
(e. ə. VI-IV əsrlər)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 13
Tuncfiqur. E. ə. XVI-XVəsrlər.Gəncə.
Qızıl sırğa. Mingəçevir arxeoloji
qazıntısından. E. ə. VII-V əsrlər.
Xəritə 1
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...100