5
5
rolunu artırdı. Bu zaman Gəncə şəhəri mühüm ticarət və sənətkarlıq
mərkəzinə çevrilir. Şəhərin siyasi həyatdakı rolu da yüksəlməyə başla-
yır. Belə ki, X əsrin 60-cı illərində Salarilər dövlətinin (941-981) Arran-
dakı valisinin mərkəzi Gəncə şəhəri olur. Gəncənin yüksəlişində onun
Şəddadilər (971-1075) dövlətinin paytaxtına çevrilməsi də mühüm
amillərdən olur (Xəritə 3). Beləliklə, Gəncə ilk dəfə paytaxt şəhəri olur.
XI əsrin I yarısında Alban katalikosluğunun mərkəzi Gəncəyə köçürü-
lür. Paytaxt şəhəri statusu Gəncənin siyasi, sosial-iqtisadi və mədəni
həyatının inkişafını sürətləndirir. Tikinti-abadlıq və şəhər quruculuğu
genişlənir. I Fəzl ibn Məhəmməd zamanı (985-1031) Azərbaycanın şimal
və cənubunu birləşdirən Xudafərin körpüsü tikilir. I Şavur ibn I Fəzl
Xəritə 2
Azərbaycan (IV-VI əsrlər)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 15
Maral fiqurlu gil qab. E. ə. I əsr. Gəncə.
Alban əsgərinin dəbilqəsi.
üzərində alban yazısı olan sütunüstü. VII əsr.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...100