12
12
Gəncəni mühasirəyə aldı. Cavad xan min nəfər gürcü əsirini qaytarmaq, min beş yüz manat bac verməklə II İraklidən və
girov verməklə İbrahim xandan xilas oldu.
Rus qoşunları geri çağırıldıqdan sonra Cavad xan Şəmşəddil və Borçalı mahallarını geri almağa çalışdı. Bu məqsədlə gür-
cü şahzadəsi Aleksandrı himayə etdi. Belə bir şəraitdə çar Rusiyasının Azərbaycan torpaqlarına qarşı işğalçılıq fəaliyyəti
genişlənməyə başladı. P. D. Sisianovun komandanlıq etdiyi Rusiya işğal qoşunları 1803-cü il 20 noyabr-1804-cü il 3 yanvar
yürüşü zamanı Gəncəni işğal etdi. Cavad xan Gəncənın müdafiəsi zamanı qəhrəmancasına həlak oldu. Gəncə şəhəri çar I
Aleksandrın (1801-1825) arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Xanlıq ləğv edildi, onun torpaqlarında Yelizavetpol
dairəsi təşkil olundu. Burada Rusiya işğal rejimi quruldu.
Çarizmin həyata keçirdiyi köçürmə siyasəti nəticəsində Gəncə bölgəsi əhalisinin etnik tərkibi dəyişdirildi. Ermənilər,
almanlar, sonra isə ruslar Gəncə bölgəsinə köçü­rülməyə başladı.
Cavad xanın P. D. Sisianova məktubundan.
Cavad xanın məzarüstü daşı.
Gəncə qalasının rus ordusu tərəfindən alınması.
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...100