7
7
gürcü çarı I Demetre (1125-1156) şəhərə hücum etdi, qala qa-
pılarını qənimət kimi apardı. Gürcü çarlarının Gəncə üzərinə
hücumu sonralar da davam etdi. Çar III Georginin 1161-ci il
hücumuna cavab olaraq, Atabəy Eldəniz (1136-1175) 1163-cü
ildə Gürcüstana yürüş etdi və qələbə çaldı. Atabəy Əbubəkrin
dövründə (1191-1210) ziddiyyətlər yenidən kəskinləşdi.
Əbubəkrin qardaşı Əmi­ran Ömərin də qoşulduğu gür-
cü qoşunları XII əsrin 90-cı illərinin əvvəllərində yenidən
Gəncəyə hücum etmişdir. Əmir Əmiran hiylə ilə şəhəri ələ
keçirə bilsə də, sonra şəhər əhalisi tərəfindən öldürülür.
Atabəy Əbubəkrin hakimiyyəti bərpa edilir. Gürcülərin XIII
əsrin əvvəllərindəki hücumları da Gəncəyə böyük ziyan vu-
rur. Bütün bunlara baxmayaraq, XII əsrin sonları –XIII əsrin
əvvəllərində şəhər bərpa olunaraq daha da inkişaf edir. Bu
dövrü Gəncə həyatının intibah dövrü adlandırmaq olar ki,
onun zirvəsini də Nizami Gəncəvinin (1141-1209) yaradıcılı-
ğı təşkil edirdi.
Gəncə və ətraf ərazilər üçün monqol yürüşləri böyük
fəlakət gətirdi. 1221-ci ildəki monqol yürüşlərindən Gəncə
bac verməklə xilas ola bildi. 1223-cü ildə 50 minlik qıpçaq
qüvvələri şəhərə hücum etdi. Qıpçaqların hücumunun qarşı-
sı alınsa da, təhlükə bir müddət də davam etdi, lakin sonralar
onlar şəhərdən uzaqlaşdırıldı. Adətən olduğu kimi gürcülər
yenə də, 1225-ci ildə Gəncə üzərinə hücuma keçdilər. Mon-
qol hücumları nəticəsində vətənini tərk etmiş Xarəzmşah
Cəlaləddin də fürsətdən istifad edib Gəncəyə yürüş təşkil
etdi. Bu zaman Təbrizdən qaçmış Atabəy Özbək də (1210-
1225) Gəncədə idi. Buna baxmayaraq, onun Gəncədəki ca-
nişini şəhəri Cəlaləddinə təslim etdi, Özbək Əlincə qalasına
qaçdı və orada öldürüldü. Beləliklə, Azərbaycan Atabəylər
dövləti süqut etdi. Gəncədə məskən salan Cəlaləddin tut-
duğu torpaqları buradan idarə edirdi. Gəncə əhalisi şəhərdə
mövcud olan zülmlə barışmayaraq Bəndərin başçılığı ilə üs-
yan qaldırdı. Üsyançıların qısa bir vaxtda şəhərin idarəsini öz
əllərinə keçirməsinə baxmayaraq, Cəlaləddin üsyanı məğlub
edə bildi, Bəndər isə edam olundu.
1231-ci ildə monqolların Azərbaycana yeni-ikinci yürüşü
başladı. Cormaqun Noyonun başçılıq etdiyi monqol qoşun-
ları 1233-cü ildə Şəmkir şəhərini dağıtdılar. Şəhər o dərəcədə
dağıdıldı ki, o bir daha bərpa olunmadı. Monqollar 1235-ci
ildə Gəncə üzərinə hücum etdilər. Ciddi müqavimətə baxma-
yaraq, şəhər tutuldu və dağıdıldı. Lakin Şəmkir şəhərindən
fərqli olaraq 1239-cu ildən şəhərin bərpası başlandı. Hülak­i­
lər dövründə (1256-1357) şəhər ticarət həyatında önəmli yer
tuturdu, Gəncə zərbxanası fəaliyyətini bərpa etmişdi və s.
Monqollardan sonra Cəlairilər (1357-1410) və Teymurilərin
Azərbaycanda mübarizəsi güclənmışdi. Yalnız Qaraqoyunlu
(1410-1468) və Ağqoyunlular (1468-1501) dövründə vəziyyət
nisbətən sabitləşmişdir (Xəritə 4). Səfəvilər dövründə də
(1501-1736) Gəncə əlverişli strateji və iqtisadi mövqeyə ma-
lik olmuşdur. Ona görə də, Gəncə bu dövrün ən mühüm
hadisələrinin mərkəzində olmaqda davam etmişdir. Səfəvi­
lər zamanı Gəncə yeni yaradılmış Qarabağ bəylərbəyiliyinin
mərkəzi olmuşdur. Bununla əlaqədar olaraq şəhər hərtərəfli
inkişaf etməyə başlamış, lakin Osmanlı-Səfəvi müharibələri
yenidən şəhər həyatına mənfi təsir göstərmişdir. 1578-1590-
cı illər müharibəsinin yekunu olan İstanbul müqavilə­sinə
əsasən Gəncə osmanlılara keçmişdir. 1593-cü ildə Osmanlı
hökuməti tərəfindən burada fiskal məqsəd üçün “icmal dəf­
təri” tərtib edilmişdir. Həmin dəftərə görə Gəncə-Qarabağ
əyaləti 36 nahiyəyə bölünən 7 sancaqdan (Gən­cə, Bərdə,
Nizami Gəncəvinin heykəli. Gəncə.
Comərd Qəssab türbəsi. VII-VIII əsrlər. Gəncə.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...100