6
6
dövründə (1049-1067) Gəncə şəhəri ətrafında möhkəm
qala divarları (1063) çəkilir. Usta Os­man oğlu İbrahim
tərəfindən dəmir qala qapısı hazırlanır. Güclü Səlcuq
dövləti yarandıqdan sonra Gəncə üzərinə də hücum-
lar təşkil etdi. Lakin bu zamanlar da Şəddadilər öz
hakimiyyətlərini nəinki qoruyub saxlamış, hətta onu
genişləndirməyə nail ola bilmişdilər. Səlcuq hökmda-
rı Alp Arslan (1063-1072) Tiflis və Rustavinin idarəsini
də Şəddadi II Fəzlə (1067-1073) həvalə etmişdir. Bun-
dan əlavə, II Fəzl Alp Arslandan Ani şəhərini, gürcü
çarı İvanedən isə Qaq qalasını satın almışdır. Lakin
Şəddadilər dövlətinin sonrakı varlığı uzun sürməmiş,
III Fəzlin (1073-1075) vaxtında Şəddadilər sülaləsinin
hakimiyyətinə son qoyulmuşdur. Bundan sonra Gəncə
Səlcuqların təyin etdiyi canişinlər tərəfindən idarə edi-
lirdi. Səlcuq hökmdarı Məlik şahın (1072-1092) oğlu
Qiyasəddin Məhəmməd Əbu Şüca 1093/1094-cü ildə
Gəncə canişini təyin edilmişdir. O, qardaşı Börküya-
rığı (1093-1104) öldürdükdən sonra, bütün sultanlığın
idarəsini öz əlinə almış və Gəncədə sultanlıq taxtı yarat-
mışdır. Bu taxt 1131-ci ilədək Gəncədə qalırdı.
Gəncə şəhəri və bölgəsinin tarixində Azərbaycan Ata­
bəyləri dövrü (1136-1225) xüsusi yer tutur. Bu dövr­də
şəhərin inkişafına 1139-cu il zəlzələsi ağır zərbə vurdu.
Yaxın və Orta Şərqin ən möhtəşəm şəhərlərindən olan
Gəncə zəlzələ nəticəsində güclü dağıntıya məruz qaldı.
Bəzi mənbələrə görə şəhərdə ölənlərin sayı 230 mindən
çox idi. Zəlzələ nəticəsində Kəpəz dağının uçaraq dağın
arasındakı dərəni bağlaması ilə Göygöl yarandı. Gəncə
zəlzələ ilə əlaqədar ağır günlər keçirdiyi bir zamanda
Azərbaycan (X əsrin sonu-XI əsrin I yarısı)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 19
Gəncənin şəhər darvazasının qapısı. 1063-cü il.
Usta Bəndər.
Xəritə 3
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...100