13
13
1826-cı il Ümummüsəlman üsyanı zamanı Ca-
vad xanın oğlu Uğurlu xan xanlığı qısa müddətə
bərpa etsə də, Rusiya yenidən hakimiyyəti ələ ala
bildi. 1828-ci il Türkmənçay müqaviləsi ilə digər
Şimali Azərbaycan torpaqları ilə birlikdə Gəncə
xanlığının da Rusiyaya ilhaq edilməsi təsdiqləndi
(Xəritə 6). 1840-cı il 10 aprel islahatı ilə dairə qəzaya
çevrildi. Yelizavetpol qəzası Gürcü-İmereti quber-
niyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qa-
zax, Şəmşəd­dil və Ayrım məntəqələrinə bölündü.
Yeli­­zavetpol qəzasında qəza idarə sistemi təşkil
edil­di. 1846-cı il 14 dekabr tarixli inzibati-ərazi böl­
güsündən sonra qəza yeni yaradılmış Tiflis quber­
niyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın
(1855-1881) 1867-ci il 9 dekabr tarixli fərmanı ilə
Ye­lizavetpol quberniya­sı yaradıldıqda, Yelizavet-
pol qə­­zası Tiflis quberniyasından alınaraq onun
tər­kibi­nə verildi (Xəritə 7).
Qəza əhalisi kənd təsərrüfatı, sənətkarlıq və tica­
rətlə məşğul olurdu.
Yelizavetpol qəzası Azərbaycanın ictimai-siyasi
həyatında da fəal idi. 1905-1906-cı illərdə ermə­
nilə­rin azərbaycanlılara qarşı soyqırımının qarşı-
sının alınmasının təşkilində böyük iş aparılmışdı.
Gəncədə “Qeyrət”,”Difai”,”Müdafiə” kimi siyasi
par­tiya və təşkilatlar meydana gəldı.
Qafqaz təqviminin (1917) məlumatına görə, qə­
zanın ərazisi 8726 kv. verst idi. Qəzada 21,5 min
əhali yaşayırdı. Azərbaycanlılar əhalinin 65,2 faizi-
ni (140 mindən çox) təşkil edirdi.
Yelizavetpol quberniyasının gerbi.
Şimali Azərbaycanın Rusiya İmperiyası tərəfindən
işğalının başa çatdırılması (1826-1828-ci illər)
Yelizavetpol quberniyası (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 38
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 43
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
Xəritə 6
Xəritə 7
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...100