96
Xalçanın ara sahəsinin yuxarı hissəsində h. 1287 tarixi vardır.
Xalçanın ara sahəsinin rəngi göy və mavi rənglidir. Rənglər mərkəz
hissədə mavi, aşağı hissədə göy, yuxarı hissədə isə yarı mavi və yarı
göy rənglərlə tərtib edilmişdir. Ara sahənin əsas bəzəyi simmetrik
formada düzülmüş on dörd bütöv və səkkiz yarımçıq medalyondan
ibarətdir. Medalyonlar tünd-qırmızı, ağ, sarı, yaşıl, sumağı və qara yer­
likdə tərtib edilmişdir. Tünd-qırmızı yerlikli medalyonlarda sumağı,
ağ, yaşıl, qara rəngli, ağ yerlikli medalyonlarda qırmızı, qara, yaşıl,
sarı yerlikli medalyonlarda yaşıl, qırmızı, yaşıl yerlikli medalyonlarda
sarı, qəhvəyi, qara rəngli medalyonda isə ağ rəngli klassik elementlər
təsvir edilmişdir. Medalyonların kənarları qarmaqlarla əhatə olunmuş,
mərkəzində isə səkkizguşəli ulduz motivləri işlənmişdir.
Xalçanın ara sahəsinin boşluqlarında səkkizguşəli ulduz, kiçik öl­
çülü səkkizbucaqlı, “S”-ə bənzər , rombvari, sağ və soldan “T”şəkilli
kənarları pilləli elementlər təsvir edilmişdir. Ara sahənin sağ və so­
lunda stilləşmiş quş təsvirləri vardır.
Xalçanın tünd-qırmızı yerlikli ana haşiyəsi kənarları qarmaqlı klassik
elementlərlə bəzədilmişdir. Bu elementlərin mərkəzində içərisi dörd
hissəyə bölünmüş rombvari elementlər vardır. Klassik elementlər
sarı, tünd-yaşıl, ağ, sürməyi, mavi, açıq-qəhvəyi rənglərlə tərtib edil­
mişdir. Ana haşiyəni hər iki tərəfdən dördbucaqlı elementlərlə işlən­
miş bala haşiyələr əhatə edir. Dördbucaqlı elementlər tünd qırmızı,
mavi, sürməyi, tünd yaşıl, sarı, açıq qəhvəyi, ağ, göy rənglərlə tərtib
edilmişdir.Dördbucaqlıelementləriniçərisidördhissəyəbölünmüşdür.
Bala haşiyələrin və kiçik ölçülü dördbucaqlı elementlərin kənarları ağ
“su”larla işlənmişdir. Haşiyələr hər iki tərəfdən içərisində sarı, qırmızı
kiçik ölçülü kvadrat şəkilli motivlər işlənmiş mədaxillərlə əhatə
olunmuşdur. Mədaxillərin kənarları qara rəngli “su”larla işlənmişdir.
Xalçanın ara sahəsindəki elementlərin rəngləri haşiyə hissəsində
olan motivlərdə də təkrarlanır. Müxtəlif rəng çalarlarının bir-biri ilə
əvəz edilməsi nəticəsində çox baxımlı bir rəng düzümü yaradılmışdır.
1...,88,89,90,91,92,93,94,95,96,97 99,100,101,102,103,104,105,106,107,108,...116