14
tarixində mühüm rol oynamışdır. Dövlətin baş­çısı xan
idi; xandan sonra vəzir (yaxud baş mirzə), müx­təlif
vəzifə daşıyan bəylər (divan bəyləri, sərkərdələr, əmir­
lər və s.) gəlirdi. Qoşuna xan özü başçılıq edirdi. Əha­lisi,
əsasən, azərbaycanlılardan ibarət idi; sənətkarlıq, xü­su­
silə xalçaçılıq, ticarət, əkinçilik, bağçılıq, tərəvəzçilik və
maldarlıqla məşğul olurdular. İrəvan xanlığında dövlət (di­
van), xalisə (xana və ailə üzvlərinə məxsus), mülk, vəqf və
camaat torpaq mülkiyyəti formaları mövcud idi. Kəndlilər
onlarca vergi verir vəmüxtəlif mükəlləfiyyətlər daşıyırdılar.
İrəvan xanlığını Azərbaycanın aşağıdakı dövlət xa­
dimləri idarə etmişdir: Mehdi xan (1747-1748), Məhəmməd
Hüseyn xan (1748-1751), Xəlil xan (1751-1755), Həsənəli
xanın qardaşı Hüseynəli xan (1759/60-1784), Hüseynəli xa­
nın oğlu Məhəmməd Hüseyn xan (1784-1805), Əliqulu xan
Qacar (1797, iyun), Həsən xan Məkulu (1797, yay), Meh­
diqulu xan Qacar (1805-1806), Əhməd xan Marağalı (1806,
avqust-oktyabr), Hüseynqulu xan Qacar (1806-1827).
İrəvan xanlığı yarandığı vaxtdan müstəqilliyini sax­la­maq
uğrunda mübarizə aparmalı oldu. Kartli-Kaxeti çarı II İrakli
xanlıq üçün daha böyük təhlükə törədirdi. Belə şəraitdə
İrəvan xanlığının daxilindəki çəkişmələr onu sar­sıdır və
düşmənin hücumu qarşısında müdafiəsini zəif­lədirdi.
1779-cu ildə II İrakli İrəvan xanlığına hücum edərək
onun bəzi kəndlərinin əhalisini köçürüb özü ilə apardı.
1780-ci ildə Hüseynəli xan II İrakli ilə barışığa gəldi. Gür­
cüstana köçürülmüş əhali geri qaytarıldı. Xanlığın mü­
dafiəsi gücləndirildi. Qonşu Azərbaycan xanları ilə əla­
qə­lər genişləndirildi. Bununla Kartli-Kaxeti çarlığı ilə
mü­­nasibətlər yenidən kəskinləşdi.
II İrakli Hüseynəli xanı hakimiyyətdən devirmək üçün
onun qardaşı Məhəmməd Həsən xanla sazişə girdi. 1784-cü
il­də hər iki qardaş üsyan edən İrəvan əhli tərəfindən qət­
lə yeti­ril­di. Hüseynəli xanın oğlu Qulaməli xan hakimiyyə­tə
gəldi.
II İraklinin Rusiya ilə yaxınlaşması və 1783-cü ildə Ge­
orgiyevsk müqaviləsini imzalaması İrəvan xanlığında, xü­
susi ilə Eçmiədzində qərarlaşmış erməni missionerlərinin
fəallaşmasına səbəb oldu. Bu Osmanlı imperiyasını da fə­
allaşdırdı. Osmanlı sultanı Qulaməli xanı II İrakliyə qar­şı
qaldırmağa çalışdı, lakin xan İraklinin adamları tərə­fin­
dən öldürüldü. Hakimiyyətə Qulaməli xanın qardaşı Mə­
həmməd xan keçdi. Türkiyə Məhəmməd xanın Rusiyaya
qarşı çıxmasına çalışsa da, bu bir nəticə vermədi.
Çar Rusiyası tərəfindən
İrəvan qalasının alınması.
1827-ci il, oktyabr.
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...116