34
34
və nisbətən kiçik həcmdə, ətrafları buy­nuzu xatırla-
dan qarmaqlarla bəzədilmiş düzbucaqlı həndəsi ele-
ment əhatə edir. “Qaraçöp” xalçasının bədii tərtibatı
heyvan­darlıqla məşğul olan əhalinin təsərrüfatı, əkin
sa­həsi, ümumilikdə yaşam tərzi ilə çox bağlıdır.
Qazax qrupunda toxunan xalçalarda bir çox hallar-
da totem izlərinə, müxtəlif tayfalara məxsus damğala-
ra da rast gəlmək olur. Bu sıradan “Qazax” xalçasının
ara sahəsi bütövlükdə svastika nişanları ilə bəzədilmiş
olsa da, bəzən bu element “əjdaha” motivinin təkmil
forması kimi də qəbul edilir.
Fərqli bədii quruluşlu “Şıxlı” xalçası ənənəvi to­
xuculuğun vüsət aldığı Birinci Şıxlı, İkinci Şıxlı mən­
təqələrində istehsal edilmişdir. Xalçanın ara sa­həsini
bəzəyən üç ədəd altıbucaqdı gölün içə­risində və on-
ların ətraflarından mərkəzə doğru isti­qamətlənmiş
sərv ağacı cənnəti təmsil edir. Bu xalçanı bəzəyən quş,
maral formalı heyvan və kiçik öl­çülü romb, kvadrat,
ulduz, üstəgəl və çarpaz işarəli hən­dəsi elementlər öz
təsvir üslubu və məzmunu ilə bu bölgənin özü­nə­məx­
sus bədii-tarixi ənənələrini yaşadır.
Bu qrupa xas ənənələr xovsuz xalçalarda da ya­şa­
maq­dadır. Kilim, palaz, zili xovsuz xalçalarında və mə­
Məfrəş üzü. Yun. Xovsuz. XIX əsr. Qazax-Borçalı qrupu.
Şəxsi kolleksiyadan.
“Həyat ağacı” xalçasından fraqment. Yun. Xovlu. XIX əsr.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Məfrəş üzü. Yun. Xovsuz. XIX əsr.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. XIX əsrin əvvəlləri.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. XVIII əsr.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...124