74
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
74
Təqdim olunan xalça Borçalı mahalının
məş­hur xalçaçılıq mərkəzi olan Saraclı kən­
dində toxunub. Bu kənd­də yaşayan əha­linin
əsas məşğuliyyəti xalça sənəti olub. Burada
və qonşu kənd olan Faxralıda, demək olar ki,
hər evdə xana qurulardı. Yerli qoyunların yu-
nundan key­fiyyətli iplər alan əhali xeyli sayda
namazlıqlar, zililər və kilimlər toxuyardı. Bu
kəndlərin iqlimi buradakı bitki örtüyünə min
bir çalar bəxş edib. Əhali bu bitkilərdən aldıq-
ları boyalarla iplərə şux, gözoxşayan rənglər
bəxş ediblər. Toxunan xalçanın peşəkarlığı,
rəng harmoniyası onu uzaqdan cazibəli edir və
bütün digər xalçalar­dan fərqləndirir. Dünya-
nın elə bir muzeyi və kolleksiyası ol­maz ki, ora-
da “Qaraçöp” və “Faxralı” xalçası yer almasın.
Bu adlar keyfiyyət nişanına, xalça gözəlliyinin
meyarına çevrilib. Keyfiyyətli yumşaq-parlaq
yun, pe­şəkar toxunuş, iri həcmli həndəsi naxış-
lar və özəlliklə bu naxışların hər birində yaşa-
yan qədim türk damğaları bu bölgənin xalçala-
rının fərqli əlamətləridir. Qarmaq, səkkizguşəli
ulduz, ağac formalı həndəsi elementlər Türk­
mənistan, Qazax, Türkiyə, Qırğız və başqa
türkdilli xalqların dekorativ sənətində də geniş
yayılmışdır.
Təqdim edilən xalçanı, güman ki, toxucu özü
üçün, olduqca diqqətlə toxumuşdur. O, ara
sahədən və üç hissəli yeləndən ibarətdir. Baş və
ətək hissədən yelən zolaqlarını stilizə edilmiş
yarpaq və insan siluetinə bənzər cizgi şəklində
toxunmuş kiçik elementlər bəzəyir. Bu növ in-
san təsvirlərinə Azərbaycan ərazisindən tapıl-
mış son tunc dövrünə aid (e. ə. XIII əsr) saxsı
qablar üzərində rast gəlirik. Daha sonralar isə
o element Qazax xalçalarında eyni bədii üslub-
da toxunmuşdur.
Digər iki yan haşiyə zolağı isə bu məktəbə
xas olan, yalnız yarpaq və ağac təsvirlərindən
ibarətdir. Sağ və sol tərəfdəki şirazələrə do-
lama texnikası ilə kip hörülən yun iplik sarı,
qırmızı, sürməyi rəngdə olub, xalçanın əsas
rəngləri ilə ahəngdarlıq təşkil edir. Ara sahə
boyu çoxlu sayda irili-xırdalı, içərisində qar-
maq, ulduz naxışları toxunmuş düzbucaqlı və
dördbucaq elementləri vardır. Xalçanın bədii
tərtibatı ilk baxışdan mürəkkəb görünür. La-
kin elementlərin çeşid etibarilə sayı çox deyil.
Bu xalça üzərində toplanmış bütün elementlər
onun toxunduğu bölgənin əhalisinin–xalqın
həyat tərzi ilə bağlıdır. Belə ki, köçəri maldar
təsərrüfatı ilə məşğul olan əhali üçün əsas atri-
but daima salamat olmasını arzuladığı sürüsü,
eyni zamanda, məhsul verən bərəkətli torpaq
idi. Bu baxımdan da toxucu xalçasında bu iki
əsas məqama önəm verir. Mərkəzdəki iri gölün
altında olan düzbucaqlının başdan-başa qırmı-
zı və göy rəngli kiçik elementlərdən toxun-
ması, eyni zamanda, xalçanın dörd küncündə
olan dördbucaqların içərisindəki ulduzlar
əkin sahəsinin ifa­dəsinə aid edilə bilər. Digər
qarmaqlı elementlər isə qoç buynuzu kimi,
məşğul olduqları təsərrüfatın əksidir. Bun­dan
başqa, sarı rəngli yundan xalçanın baş və ətə­
yin­də həyat ağacı təsvirləri də toxunmuşdur.
Mümkün­dür ki, bu xalça üzərində müəyyən
tayfanın damğaları da həndəsiləşdirilmiş şə­
kil­də toxunub və zaman keç­dikcə özünü təs­diq
edərək klassikləşib.
Xalçanın xovu 1 sm, ilmə sıxlığı 35x55 sm-
dir. Təmir-bərpa işləri aparılmamışdır. Həmişə
divardan asıldı­ğın­dan, saxlanma vəziyyəti
əladır. Xovu, ərişi və arğacı yun­dur. Xalça
bədii, elmi və tarixi əhəmiyyət kəsb edir. Xalça
Azər­baycanda şəxsi kolleksiyada saxlanılır.
1...,66,67,68,69,70,71,72,73,74,75 77,78,79,80,81,82,83,84,85,86,...124