76
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
76
Bu xalça Qazax rayonunun Qazaxbəyli kən­
dində toxunmuşdur. Kənd Gəncə-Qazax
dü­zən­liyində yerləşir. Kəndin yaxınlığında
bir-birindən 250-300 m aralıda yerləşən təbii
təpələrdə erkən Dəmir dövrünə (e. ə. VIII-VI
əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq
aşkar edilmişdir. Bəzi qəbirlərdən iri diametrli
gil xeyrələr (qablar) tapılmışdır. Qəbirlərdən
qara və boz rəngli gil qablar, kəsmə xətlərlə
bəzədilmiş və cilalanmış gil bardaqlar,
çölməklər, camlar, parçlar,  tunc balta,  tunc
kəmər, nizə ucluğu,  dəmir dəstəkli tunc qı-
lınc,  dəmir xəncərlər və s. aşkar edilmişdir.
İkinci təpədə əldə edilən yerüstü arxeoloji ma-
teriallar qəbiristandakı tapıntılarla bənzərlik
təşkil edir.
Xalçanın ölçüsü, rəngi və kompozisiya quru-
luşu mükəm­məl­dir. Belə çeşnidə olan xalçalar
Borçalıda və İrəvan ərazisində də çox sayda
toxunmuşdur. Bu xalçanın ipləri Bakı, Quba
və Şir­van xalçalarına nisbətən qalındır; dünya
kolleksiyalarında və muzeylərində “Qazax xal-
çası” adı ilə tanınır.
Xalça çox da böyük olmayan ölçüdədir.
Rəngləri oynaq, canlı olduğu üçün bu xalça
üzərində sıx toxunmuş müxtəlif ölçülü ele­
mentlər insanın gözünü yormur. Öz bədii
dəyərini, ecazkarlığını, nəfisliyini qoruyub
sax­lamışdır. Xalçanın əyrilmiş yunu qalın ol-
duğuna görə toxunuşundakı ilmə sıxlığı aşa-
ğıdır, lakin xovun üzəri ipək kimi parlaq rəng
saçır, naxışların hər biri qüsursuzdur.
Xalça ara sahə və haşiyə zolağından ibarət­
dir. Qırmızı yerlikli ara sahə boyu üç ədəd
səkkizbucaqlı göl, onun da içə­risində ətrafla­rı
qarmaqlı, pilləli həndəsi elementin da­xi­lin­də
səkkizbucaqlı motiv toxunmuşdur. İki ətraf
göllərin (türk­mənlərdə bu növ gölə “kiçik al­
ma” deyilir) yerliyi sürməyi, mərkəzi gölün-
kü isə ağ rəngdədir. Xalçanın yerliyində çox-
lu sayda səpələnmiş halda toxunan həndəsi
motivlər paralel deyillər. Ümumiyyətlə, xalq
sənətkarları tərəfindən toxunan bütün xalça-
larda asimmetri­ya üstünlük təşkil edir. Haşiyə
zolağı üç hissədən ibarətdir. İki kənar haşiyə
sarı - qırmızı rəngli üçbucaq, mərkəzdəki isə
sür­məyi rəngli romblardan ibarət düzülüşlə
paralel toxunub, mərkəz ana haşiyə isə ağ yer-
likli olub, damğalarla bəzədilmişdir. Bu zolaq-
lar arasında “alamuncuq” adlanan ağ-qırmızı
və qırmızı-sarı rəngli ilmələr növbə ilə suların
üzərinə vurulmuşlar.
Qazax xalçaları tayfa, qəbilə, nəsillərəməxsus
yuvarlaq romb, xaçabənzər, Orxon-Yenisey
əlifbasına oxşar çoxsaylı naxışlarla zəngindir.
Bu gün bunlardan hansının kimə mənsub ol-
duğunu söyləmək çətindir. Lakin məlum olan
odur ki, Qazax bölgəsində köçmə maldar həyat
tərzi keçirən insanların əşyalarında, heyvan və
mal-qaraları üzərində olduğu kimi, toxuduqla-
rı xalçalar üzərində də bir qayda olaraq dam-
ğalar toxunurdu. Məsələn, təqdim edilən Qa-
zax xalçası üzərində üst hissədə rəhil, göllərin
içərisində “S”, ətəyində düyün – ilməni təmsil
edən motiv toxunubsa, haşiyə zolağının ətək
hissəsində sağda Altay kurqanından tapıl-
mış və hazırda Sankt-Peterburqun Ermitaj
muzeyində qorunan e. ə. V əsrə aid məşhur
xalçanın haşiyəsində olduğu kimi bir cüt ni-
şan toxunmuşdur. Bəlkə də, bu nişan xalça-
nın zəminindəki naxışların sirrinə yiyələnmək
üçün bir vasitə­dir. Buradan “içəri” daxil olub
bütün mücərrədlikləri öyrənmək müm­kündür.
Xalçanın xovu 1, 5 sm, sıxlığı 27x45 sm-dir.
Xalçada istifadə olunan ağ, sarı, qırmızı, yaşıl,
mavi, sürməyi, qara rənglər təbii yolla bitki və
onların köklərindən alınmışdır. İplər yerli qu-
zuların yunundan alınaraq, əldə əyrilmişdir.
Aşağı və yuxarı saçaqlarında cüzi təmir-bərpa
işləri aparılmışdır. Saxlanma vəziyyəti əladır.
Bakı şəhərində şəxsi kolleksiyadadır.
1...,68,69,70,71,72,73,74,75,76,77 79,80,81,82,83,84,85,86,87,88,...124