82
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
82
Zili Qazax rayonunun Ağköynək kəndində
toxunub. Ağköynək kəndi düzənlikdə yerləşir.
Qazax şəhərinə yaxın olan bu kəndin isti iqlimi
bitkiçiliyin inkişafına səbəb olmuşdur. Müxtəlif
meyvələrlə zəngin bağlar və çöl bitkiləri təbii
boya maddələrinin alınmasını asanlaşdırırdı.
Burada toxunan xovlu və xovsuz xalçaların
şux, əlvan rəngi məhz bununla bağlıdır.
Qazax toxucuları arasında bu ziliyə “Aynalı
zili” də deyirlər. Xovsuz xalça məmulatı Qazax
xalçaları arasında çox məş­hurdur. Şəddə, ce-
cim, örkən, çul, məfrəş, kilim, çuval, duz torba-
sı və xurcunlar bu ərazidə çox toxunurdu. Belə
zililər Tovuz, Şəmkir, Borçalı, İrəvan ərazisində
də istehsal edilirdi. Xarici mütəxəssislər bəzən
ziliyə “vərni” də deyirlər. Dünyanın aparıcı
muzey və kolleksiyalarında belə zililər xüsusi
yer tutur. Bədii cəhətdən yüksək dəyərə malik
zili Azərbaycanın nadir sənət incilərindəndir.
Təqdim olunan zili daha böyük ölçüsü və
kompozisiya quruluşundakı həndəsi naxış-
larına görə digər zililərdən tam seçilir. Zili-
nin toxunuşunda üç növ ipdən – əriş, arğac
və üz ipindən istifadə edilib. Toxuma üsulu
– sadə keçirmə və paralel dolamadır. Toxu-
nuşda istifadə edilən yun bitki mənşəli boyaq-
la boyanıb. Yelən zolağı ensiz, mavi tonlarla
bəzədilmiş silsiləvi romb naxışlarından və
içərisində nisbətən iri rombların yerləşdirildiyi
kiçik damalardan ibarətdir. Bu növ naxışlarla
bəzənmiş zolaq zilinin bütün səthi boyu üfü-
qi və şaquli istiqamətdə toxunaraq, zilinin
səthini kiçik qəfəslərə bölür. Məhz romb naxış-
larının bu tərz təsvir formasına tunc dövrünə
aid Kültəpədən tapılmış gil qab üzərində və
e. ə. X-VII əsrlərə aid Təpə-Siyalk nümunələri
üzərində rast gəlirik.
Ağ, sürməyi, mavi, qırmızı, sarı, bənövşəyi
yerlikli iri damalar stilizə edilmiş çiçəklərin
həndəsiləşdirilmiş növüdür. Bu cür zililərdən
Qazax bölgəsində geniş istifadə edilib. On-
lardan alaçıqların bəzədilməsi ilə birgə alaçı-
ğın çubuqlardan yığılmış karkasının üzərinin
örtülməsində də istifadə edilmişdir.
Zilini həndəsi konstruksiya əsasında hazır-
lanmış quramaya da bənzətmək olar. Burada
ölçülər, rənglər, naxışlar bir-birini tamamlayır.
Toxucunun bacarığı sayəsində bədii və tex-
noloji imkanlardan məharətlə istifadə edilib,
xalq ənənəsini ən dəyərli şəkildə bu toxuma
üzərində yaşadıb.
Zilinin sıxlığı 35x57 sm-dir. İplər yerli cins
qoyunların yunundan alınmış və əldə əyril­
mişdir. Xovsuz zililərin ipləri xovlu xalçalara
nisbətən incə əyrilir. Bu həm də ipin rəng alma-
sını sürətləndirir. Zilidə istifadə olunan bütün
rənglər təbiidir. İplər boyanarkən ağ, sürməyi,
bənövşəyi, qırmızı, mavi, yaşıl, sarı və qara
rənglərdən istifadə olunmuşdur. Bəzi hallar-
da zili tam və ya iki hissənin birləşməsindən
ibarət olur. Saçaqları rəngli və qotazlı olur.
Saxlanma vəziyyəti əladır; bədii, tarixi və elmi
əhəmiyyət kəsb edir; Bakı şəhərində şəxsi kol-
leksiyada saxlanılır.
1...,74,75,76,77,78,79,80,81,82,83 85,86,87,88,89,90,91,92,93,94,...124