64
Təqdim olunan xalça Quba rayonunun Möhüc kəndində toxunmuşdur. Xal­
ça əl işidir. Yundan toxunub. Toxunma texnikası türkbafdır. Quba xalçaçıları bu
xalçanı el arasında “Qoşagöl Zeyxur” adlandırırlar. Xalça klassik Quba ənənəsi
ilə toxunub, yeddi yelən zolağından və şəkəri rəngli ara sahədən ibarətdir. Xalça
peşəkar səviyyədə toxunub. Haşiyə zolağını bəzəyən naxışlar həm biçiminə, həm
də rənglərinə görə ara sahə ilə simmetriya təşkil edir. Haşiyə naxışları nəbati və
həndəsi formalıdırlar. Bəzi haşiyə zolaqları simmetrik şəkildə təkrarlanır. Xalçanın
haşiyə zolağının enli olması onun ümumi ölçüsünün böyük olduğundan irəli gəlir,
xalçanı daha əzəmətli göstərir.
Xalçanın ara sahəsində on ədəd girintili - çıxıntılı formalı tam halda göl toxunub.
Bu göllər iç-içə həm üfüqi, həm diaqonal, həm də şaqulu istiqamətdə yerləşdirilmiş
qollardan ibarətdir. Bəzən bu diaqonal istiqamətdə olan qolları şərti olaraq “xətai”
adlandırırlar. Bu da orta əsrlərdə qızılbaşlara məxsus çalmaların üzərindəki zolaq­
larla əlaqələndirilir. Bu göllərə səkkizbucaqlı ulduz kimi baxılsa, onda çox asanlıqla
onların astral inanclarla bağlı olduğu aydın olar.
Eyni zamanda, xalçanın açıq rəngli ara sahəsi üzərində nəbati elementlər, budaq­
lar toxunub. Bu bədii quruluş xalça üzərində əsrlər boyu yerli ənənələr əsasında
toxunduğu üçün artıq özəl forma daşıyıb, klassikləşib. Bu xalça üzərində toxunan
nəbati elementlər də tam ənənənin davamı sayıla bilər. Sonsuzluğa doğru aparan bu
budaqlar üzərində əlvan rəngli yunla toxunan müxtəlif çiçəklər cənnətin nişanəsidir.
İslam dininə görə hər bir çiçəyin Yaradan qarşısında öz vəzifəsi vardır. Onlar insan­
ların bağışlanılması üçün Yaradan qarşısında səcdə edirlər. Bu mənada da “Zeyxur”
xalçası üzərində nəbati elementlər müqəddəs məkanda müqəddəs missiyanı yerinə
yetirirlər.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,76,...84