56
Xalçanın bədii quruluşu çox zəngin ara sahə və haşiyə hissəsindən ibarətdir.
Sürməyi yerlikli ara sahənin əsas bəzəyi iki böyük ölçülü ulduz formalı medal­
yondan ibarətdir.
Yuxarı hissədəki medalyon kərpiciyə çalan qırmızı yerlikli, aşağı hissədəki me-
dalyon isə mavi yerliklidir. Medalyonların mərkəzində rombvari elementlər vardır.
Rombvari elementlərin aşağı, yuxarı, sağ və sol hissələrindən qollar ayrılaraq, “dörd
ünsür” forması almışdır. Qol­ların arasındakı boşluqlarda qarmaqlı motivlər vardır.
Medalyonların boşluqları dördləçəkli çiçəklərlə doldurulmuşdur.
Qarmaqlı motivlər kərpiciyə çalan qırmızı yerlikli medalyonun içə­risində şəkəri
rənglə, mavi yerlikli medalyonda isə kərpiciyə çalan qır­mızı rənglə tərtib edilmişdir.
Mavi yerlikli medalyonun içərisində ağ, qırmızı rənglərlə işlənmiş quş təsvirləri
vardır. Medalyonların yuxarı və aşağı hissələrində ara sa­hənin boşluqlarında üç
ağac təsviri verilmişdir. Ağac təsvirlərinin sağ və solunda səkkizbucaqlı həndəsi
elementlər işlənmişdir.
Ara sahənin yuxarı, aşağı künclərində və medalyonların arasındakı boşluqlarda
üz-üzə dayanmış qoşa quş təsvirləri vardır. Quşların kə­narlarında səkkizguşəli ul-
duz, kiçik ölçülü həndəsi elementlər və qarmaqlı motivlər işlənmişdir. Xalçanın ara
sahəsindəki elementlər sim­metrik və asimmetrik düzülüşlə işlənmişdir.
Xalçada təsvir edilmiş əsas elementlərin kənarlarında kiçik ölçülü ele­mentlər tünd
yerlikdə aydın nəzərə çarpır.
Xalçanın şəkəri yerlikli ara haşiyəsi toxucuların “hörmə” adlandırdığı motivlərlə
bəzədilib. Bu motivlərin rəngi biraşırı dəyişdirilərək, xalçaya canlı görünüş
gətirmişdir. Ara haşiyə daxildən açıq-yaşıl, xaricdən isə sürməyi yerlikli ensiz
haşiyələrlə əhatə olunub. Ha­şi­yə­lərin kənarları qırmızı, sarı rəngli qırıq-qırıq xətlərlə
tamamlanır. Ha­şi­yələr “S”ə bənzər zəncirvari düzülüşlü motivlərlə işlənib.
Xalçada on bir rəng çalarından istifadə edilib. İsti və soyuq rənglər bir-biri ilə
ənənəvi qanunauyğunluqla uzlaşaraq, çox baxımlı bir görünüş yaradılıb.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma
vəziyyəti tamdır. Xalça bədii, tarixi, elmi əhə­miyət kəsb edir.
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...76