8
Xaçmazda
xalça muzeyİnİn
açılışı oldu
Prezident İlhamƏliyev Xaçmazda xalçamuzeyinin açılışında iştirak etmişdir.
Əvvəlcə muzeyin yerləşdiyi mədəniyyət və istirahət parkı ilə tanış olan
dövlətimizin başçısına məlumat verildi ki, burada əhalinin istirahəti üçün hər
cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, muzeydə daha çox ölkənin şimal bölgəsi üzrə xalçaçılıq
məktəbinin 60-dək nümunəsi sərgilənir. Muzeyin eksponatları arasında
məşhur xalçaçı rəssam Kamil Əliyevin “Heydər Əliyevin xalça portreti”
əsəri xüsusi əhəmiyyət kəsb edir. Ekspozisiyadan aydın görünür ki, bu gün
Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın
milli sərvəti olan bu sahənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər
ilk növbədə, bu qədim el sənətinin yaşadılmasına göstərilən diqqətdən irəli
gəlir. Bu gün xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir, bu
sənətin inkişafı ilə bağlı görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini
daha da artırır. Xalqımızın tarixini və mədəniyyətini əks etdirən bu sənət
növünə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünyanı Azərbaycan
xalçalarının sehrinə salır.
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...200