12
susi əhəmiyyətə malikdir”, – deyən Bettina Vulf sentyabrın 29-da Berlində açılmış Azərbaycana həsr
olunan sərgini yüksək qiymətləndirərək, bu sərginin ölkəmizin sərvətlərinin təbliği baxımından
böyük önəm daşıdığını vurğuladı.
Ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimdə
qonaqları salamlayan Mehriban xanım Əliyeva bu gecədə iştirak etdiyinə görə Almaniyanın birinci
xanımı Bettina Vulfa minnətdarlığını bildirdi. Mehriban xanım Əliyeva vurğuladı ki, Heydər Əliyev
Fondu tərəfindən təşkil olunan bu mərasimin əsas məqsədi Azərbaycanın keçmişini və bu gününü,
20 il ərzində əldə etdiyi uğurları dünya ictimaiyyətinə çatdırmaqdır.
Birinci xanım çıxışında bildirdi: “Bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Biz tamamilə
yeni siyasi və iqtisadi sistem quraraq sürətlə inkişaf edirik. Azərbaycan bu gün bölgənin aparıcı
dövlətidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür.
Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşır.
Son illər iqtisadi tempin artımına görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır.
Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır.
Azərbaycan Avropanın neft və qaz ilə təminatında öz rolunu oynamağa hazırdır.
Sürətli inkişaf bu gün ölkəmizin bütün sahələrini əhatə edir. Bizim ən böyük sərvətimiz mədəni
irsimizdir, Azərbaycanın xalçaçılıq məktəbi, təsviri sənəti, ədəbiyyatı, musiqisi, tarixi və memarlıq
abidələridir. Bu gün ölkədə xüsusi Dövlət Proqramına əsasən teatrlar və muzeylər bərpa olunur,
yeni mədəniyyət mərkəzləri açılır. Abidələr dövlət tərəfindən qorunur”.
Bu gün Azərbaycanda sosial­yönümlü siyasətin aparıldığını, son illər ərzində 2 mindən çox
yeni məktəb binasının inşa olunduğunu, 900 mindən çox yeni iş yerinin açıldığını, yoxsulluğun
səviyyəsinin kəskin azaldığını deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün bu nailiyyətləri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi şəraitində əldə etdiyini xüsusi vurğuladı və
yaxın gələcəkdə bu münaqişənin ədalətli, sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirdi.
Azərbaycanla Avropa İttifaqı və bu quruma üzv ölkələr arasında əməkdaşlıqdan danışan Meh-
riban xanım Əliyeva dedi ki, burada Almaniya ilə əlaqələr xüsusi yer tutur.
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...200