9
Sonra Prezident İlham Əliyev xalça muzeyinin yerləşdiyi binada yaradılan uşaq-gənclər
kitabxanasının fəaliyyəti ilə tanış oldu. Kitabxanada xalqımızın ümummilli lideri Heydər
Əliyevin hakimiyyətdə olduğu illərdə sənət adamları, şair və yazıçılarla görüşlərini əks etdirən
fotolar sərgilənir. Bununla yanaşı, Prezident İlham Əliyevin Xaçmaza səfərlərinin əks olunduğu
fotolar da kitabxanaya gələnlərə təqdim edilir. 1200 kvadratmetr sahəsi olan kitabxanada uşaq
və gənclər üçün hər cür şərait yaradılmışdır. Burada toplanan müxtəlif mövzulara aid kitab-
lar ölkəmiz haqqında məlumatları əldə etmək, dünyada baş verən elmi-texniki yeniliklərdən
xəbər tutmaq baxımından əhəmiyyətlidir. Burada quraşdırılan kompyuterlərin internetlə təchiz
olunması da elektron ədəbiyyatın istifadəsi baxımından müstəsna imkanlar açmışdır. Bundan
əlavə, burada sərgi zalı, gənclər kitabxanası, kitab fondu yerləşir. Fondda 29 min kitab qorunur.
Kitabxanada oxu və konfrans zalları, balacalar üçün nağıl otağı da yaradılmışdır.
Prezident İlham Əliyev xalça muzeyində və uşaq-gənclər kitabxanasında yaradılmış şəraitdən
razılığını bildirdi.
1...,2,3,4,5,6,7,8,9,10 12,13,14,15,16,17,18,19,20,21,...200