13
Azərbaycanın birinci xanımı keçirilən mərasimin də dostluq əlaqələrimizin gücləndirilməsinə öz
töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Sonra Almaniyanın Tarix Muzeyində Azərbaycan incəsənət ustalarının Xalq Artisti Teymur
Göyçayevin dirijorluğu ilə möhtəşəm konsert proqramı oldu.
Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu.
Almaniyaya səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sentyabrın 30-da
Berlindəki “Berlin-Baku-Galeri” sərgi salonunda oldu. Bakıdakı “Qız qalası” rəsm qalereyasının di-
rektoru Emin Məmmədov “Berlin-Baku-Galeri” sərgi salonunun fəaliyyəti barədə Mehriban xanım
Əliyevaya məlumat verdi. Azərbaycanın birinci xanımı “Berlin-Baku-Galeri” salonunun rəhbəri,
tanınmış rəssam İbrahim Əhrari ilə də görüşdü.
2007-ci ildən fəaliyyət göstərən bu qalereya Bakıdakı “Qız qalası” rəsm qalereyasının Berlindəki
filialıdır. Qalereyada alman rəssamı İnqa Şmitin və Azərbaycan rəssamı Əli İbadullayevin rəsm
əsərləri sərgilənirdi. Bu qalereya, həmçinin Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm
əhəmiyyət kəsb edir.
SonraMehriban xanımƏliyevaAzərbaycanınAlmaniyadakı səfirliyinə gəldi. Səfir Pərviz Şahbazov
Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliyinin fəaliyyəti barədə Mehri­ban xanım
Əliyevaya məlumat verdi. Qeyd olundu ki, səfirliyin yerləşdiyi binada əməkdaşların fəaliyyəti üçün
bütün şərait yaradılmışdır.
Heydər Əliyev Fondunun prezidenti burada Azərbaycanın Əməkdar Rəssamı, Almaniyada
yaşayan soydaşımız Əşrəf Heybətovla görüşdü. Rəssam Azərbaycanın birinci xanımının portreti-
ni və “Azərbaycan – Şərq dünyası” adlı qrafik əsərlərinin albomunu Mehriban xanım Əliyevaya
təqdim etdi.
Birinci xanım Mehriban Əliyevanın səfirlikdə Almaniyanın Humbolt Universitetinin Azərbaycan
tarixi kafedrasının müdiri professor Yeva Mariya Aux ilə də görüşü oldu.
Yeva Mariya Aux 2010-cu ildə açılan kafedranın fəaliyyəti barədə Mehriban xanım Əliyevaya
məlumat verdi. Mehriban xanım Əliyeva Azərbaycan tarixini tədris edən kafedranın fəaliyyətinə
dəstək verdiyini bildirdi və uğurlar arzuladı.
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...200