15
F
“aZяrBayCaNIN
mяdяNİ
ZяNGİNlİKlяrİ”
Fransanın San-Trope şəhərində ikinci Ramatuel Klassik Musiqi Festivalı
çərçivəsində “Azərbaycanın mədəni zənginlikləri” adlı sərgi keçirilib.
İyulun 16-dan 20-nədək davam edən sərgi Heydər Əliyev Fondunun
dəstəyi və təşkilatçılığı ilə ölkənin nüfuzlu otellərindən biri olan “Şato de
Messardier”otelində baş tutub.
Sərgidə Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim,
antikmis qablar və əşyalar, milli musiqi alətləri, ölkəninmüxtəlif məkanlarını
əks etdirən fotolar, milli geyimlər nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun icraçı direktoru Anar
Ələkbərov sərginin əsas məqsədininAzərbaycanmədəniyyətinin və tarixinin
tanınması olduğunu qeyd edib. İcraçı direktor fondun fəaliyyəti barədə də
məlumat verib və bildirib ki, fond Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif
sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın
tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək
göstərir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və idmanın
inkişafına böyük diqqət göstərməklə onların inkişafına dəstək olur. Fondun
müxtəlif layihələri çərçivəsində tibb müəssisələri, xəstəxanalar, məktəblər
təmir olunur, həmçinin yeni səhiyyə mərkəzləri tikilir. Fond mədəni və tarixi
irsin qorunması, bərpasına da yaxından kömək göstərir. Bu istiqamətdə
Azərbaycanda və dünyanın bir sıra ölkələrində beynəlxalq konfranslar və
festivallar təşkil edilir.
Anar Ələkbərov onu da qeyd edib ki, bu gün dünyaya klassik musiqinin
şah əsərlərini dinlədən və tanıdan Ramatuel Klassik Musiqi Festivalı
məhz Mehriban xanım Əliyevanın rəhbərliyi və Heydər Əliyev Fondunun
dəstəyi ilə keçirilir. Daha sonra çıxış edən San-Trope şəhərinin meri Jan Pyer
Tripe və Ramatuel şəhərinin meri Rolan Bruno sərgidə nümayiş olunan
nümunələrin gözəlliyindən danışmış, Azərbaycan mədəniyyətinin dünyada
tanıdılmasının zəruriliyini qeyd etmişlər. Bildirilib ki, mədəniyyət xalqları və
insanları birləşdirən ən böyük qüvvədir.
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...200