17
Sərgidə Azərbaycan ərazisindən aşkarla-
nan əntiq əşyaların sərgilənməsi iştirakçıları
ölkəmizin qədim tarixi haqqında məlumat-
landırmaqbaxımındanəhəmiyyətli rol oynayıb.
Sərgi iştirakçılarına məlumat verilib ki, 2008-ci
ildə Heydər Əliyev Fondunun təşəbbüsü və
rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoru-
ğunun ərazisində “Açıq səma altında ilk
Arxeoloji Etnoqrafik Muzey Kompleksi”
yaradılıb. Sərgidə nümayiş olunan qədim mis
qablar və əşyalar da böyük maraq doğurur.
Bu əşyalar qədim Azərbaycanın müxtəlif
bölgələrində böyük ustalıqla hazırlanıb.
Sərginin ilk günündə Heydər Əliyev Fondu
tərəfindən fransız dilində nəşr olunan
“Azərbaycan” kitabının təqdimatı da keçirilib.
Oxuculara Azərbaycan haqqında müfəssəl
məlumat vermək məqsədi ilə ərsəyə gətirilən
nəşrdə toplanan mindən çox şəkil xalqımızın
qədim tarixini, ənənələrini, mədəniyyətini,
etnoqrafik xüsusiyyətlərini əks etdirməklə
yanaşı, ölkəmizin keçmişini və bu gününü,
müasir simasını da təcəssüm etdirir. Bu kitab
oxucuda ölkəmiz haqqında əyani təsəvvür
yaratmaq, onu tanımaq və sevmək baxımından
çox böyük əhəmiyyətə malikdir. Kitabda pay-
taxt Bakı ilə bərabər, bütün bölgələr barədə
şəkillər və materiallar əksini tapıb. Ölkəmizin
qədim tarixinin, memarlığının, mədəniyyətinin
bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan”
kitabı ilə tanışlıq respublikamız və paytaxt
Bakı haqqında dolğun təəssürat yaratmaqla,
onun mədəniyyətlər və sivilizasiyaların qovu-
şuğunda yerləşməsindən xəbər verir.
Daha sonra Azərbaycanın birinci xanımının
adından sərginin qonaqları üçün ziyafət verilib.
Ziyafətdə caz ifaçısı, Montre caz festivalının
qaliblərindən biri Emil Əfrasiyab və tar ustası,
əməkdar artist Mircavad Cəfərovun ifasında
klassik və milli musiqi nömrələri dinlənilib.
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...200