16
Ramatuel KlassikMusiqi Festivalının rəhbəri Rolan Quen də bu hadisənin əhəmiyyətini
vurğulayıb: “BudəfəkiRamatuelKlassikMusiqi FestivalınınaçılışınıAzərbaycanınetməsi
bizi çox sevindirir. Bu, çox əhəmiyyətli bir hadisədir. Bu, iki ölkənin daha da yaxınlaşması
üçün də vacibdir. Budəfəki Ramatuel festivalının açılışını Azərbaycan edəcək. Bu xəbər
artıq nüfuzlu media vasitələrində yayılıb. Hamı bunu səbirsizliklə gözləyir. Sərgiyə
gəldikdə isə onu deyə bilərəm ki, bu, bizim Azərbaycan haqqında olan təsəvvürümüzü
daha da zənginləşdirdi. Mən gələcəkdə sizin ölkəyə səfər etməyi arzulayıram.”
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Burada nümayiş olunan 50-yə yaxın xalça
və kilimdə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə
görə Azərbaycan xalçaçılıq qruplarının bütün istiqamətləri təmsil olunub. Sərgilənən
milli musiqi alətləri qonaqlara Azərbaycan musiqisinin qədim tarixə malik olduğunu
bir daha sübut edib. Sərgidə qədim musiqi alətlərimiz olan tar, qaval, kamança, balaban
qonaqlarda bu alətlərinməhzAzərbaycan xalqınamənsubluğubarədə fikir formalaşdırıb.
Milli musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən
səsləndirilməsi bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir və bu
işdə Heydər Əliyev Fondunun əməyi misilsizdir. Heydər Əliyev Fondunun nəşrlərindən
ibarət hissədə isə Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə kitablar və
bukletlər vardır. Onların arasında xüsusi diqqət çəkənlərdən biri də Qarabağ haqqında
həqiqətləri dünyaya çatdıran və fransızca nəşr olunan “Qarabağ həqiqətləri” toplusudur.
Toplu dünyanın bir neçə aparıcı dillərinə də tərcümə olunub.
Sərgiyə gələnlər Azərbaycanın maddi-mədəni irsi haqqında geniş məlumatlar almaq
imkanı qazanıblar. Tədbir iştirakçıları Atəşgah məbədi, Nizami məqbərəsi, Qız qalasının
fotolarını maraqla izləyiblər. Bundan başqa, burada Bakının inkişafı və gözəlliyini
tərənnüm edən fotolar da sərgilənirdi. Bu fotolardan da aydın olur ki, ölkəmizin bu gün
müasir səviyyədə nəhəng tikililər meydanına çevrilməsinə baxmayaraq, Azərbaycan öz
milli-mənəvi dəyərlərinə sadiqdir, ölkənin tarixi-mədəni abidələri qorunur.
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...200