11
A
zərbaycanın Almaniyadakı səfirliyi və Heydər Əliyev
Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunan tədbirdə
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-
nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etdi.
İlk olaraq Almaniyanın Tarix Muzeyinə gələn Mehriban
Əliyeva burada Almaniyanın birinci xanımı Bettina Vulf ilə
görüşdü. Mehriban Əliyevanı ölkəsində görməkdən məmnun
olduğunu qeyd edən Bettina Vulf Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr
olunmuş mərasim üçün Berlinin seçilməsinə görə təşəkkürünü
bildirdi.
Azərbaycanın birinci xanımı bu tədbirə verdiyi dəstəyə və
müstəqilliyin bərpasının 20-ci ildönümünə həsr olunmuş
mərasimdə iştirakına görə Almaniyanın birinci xanımına
minnətdarlıq etdi. Mehriban xanım Əliyeva Azərbaycan
mədəniyyətinin Almaniyada təbliği baxımından bu mərasimin
böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Sonra Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsi
illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası
ilə bağlı başlanan ianə kampaniyasına Heydər Əliyev Fon-
du adından 50 min avro məbləğində pul qəbzini Berlin
qəsrinin rəhbərliyinə təqdim etdi. Heydər Əliyev Fondunun
bu dəstəyinə görə Fondun prezidenti Mehriban Əliyevaya
təşəkkürünü bildirən Berlin qəsrinin rəhbərliyi Azərbaycanın
birinci xanımına xatirə hədiyyəsi təqdim etdi.
Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva və Almaniya Prezidentinin xanımı Bettina Vulf
Azərbaycana həsr olunmuş sərgiyə gəldilər. Burada Mehriban
Əliyeva və Bettina Vulf Azərbaycan xalçalarının sərgisi ilə tanış
oldular.
Coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həlli və
texniki xüsusiyyətlərinə görəAzərbaycan xalçaçılıq məktəbinin
bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidə nümayiş
etdirilən xalçalar seyrçilərdə böyük maraq doğurdu. Sərgidə
nümayiş etdirilən Qarabağ xalçaçılıq məktəbinin nümunələri
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha
təsdiqlədi.
Dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümünə
həsr olunmuş təntənəli mərasimi isə Almaniyanın tanınmış
teleaparıcısı Yens Riva açaraq, bu tədbirin əhəmiyyəti,
Azərbaycan və onun sahib olduğu mədəni dəyərlər haqqında
tamaşaçılara ətraflı məlumat verdi.
Mərasimdə çıxış edən Bettina Vulf ölkələrimiz arasında
münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək
bildirdi ki, 2008-ci ildə Almaniyada Azərbaycan günlərinin,
keçən il isə Azərbaycanda Almaniya həftəsinin keçirilməsi bu
əlaqələrin səviyyəsinin göstəricisidir.
“Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq xü-
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...200