18
İyul ayının 25-26-da Polşa prezidenti Bronislav
Komorovski Azərbaycana ilk rəsmi səfərini edib.
Rəsmi dairələrlə görüşlərindən sonra səfərinin
ikinci günü, iyulun 26-da Bronislav Komorovski
İçərişəhərdə olub. Polşa prezidenti “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub, ona
qəzəlxan Əliağa Vahid haqqında məlumat verilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin rəisiMikayıl Cabbarov idarənin fəaliyyəti
və Polşa memarlarının Bakı memarlığındakı rolu
barədə qonağa informasiya verib.
Polşa
Prezidenti
Bakıda
“Şirvanşahlar Sarayı Kompleksi”nə daxil olan tikililərin təyinatı və
memarlıq xüsusiyyətləri barədəmaraqlanan Polşa prezidenti daha sonra
Kiçik Qala küçəsində Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan
təndir çörəyinin dadına baxıb.
Prezident Komorovskiyə YUNESKO-nun “Dünya İrsi Siyahısı”na
daxil edilmiş Bakının simvolu sayılan Qız Qalası abidəsinin qeyri-
adi memarlıq özəllikləri barədə dolğun məlumat verilib və qonaq
yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki
ekspozisiya ilə tanış olub.
Qədim Şərq həyatının ən mühüm atributlarından olan, XV əsrdə
tikilmiş və Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə
və onun varislərinin istifadəsinə verilmiş ikimərtəbəli Karvansara da
qonağın marağına səbəb oldu.
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...200